Qarabag Media
Haqqımızda Əlaqə

NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış


Tarix:23-06-2019, 13:37 Kateqoriya:Manşet / Araşdırma

NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış

SSRİ dövrünün Stalin hakimiyyəti illərində NKVD adlı bir qurumun qanun çərçivəsində müəyyən olunmuş funksiya və təyinatları ilə yanaşı, qeyri-rəsmi digər bir vəzifəsi də olub: insanlarda xof yaratmaq, kütlələri qorxu içində saxlamaq...

Ola bilər ki, bu qurumla bağlı miflər də yaranıb, amma NKVD-nin amansız, ağılasığmaz fəaliyyəti haqqında həqiqəti əks etdirən faktlar da az deyil. İllər ötsə də, elə indi də bəzən yaşlı nəslin nümayəndələri NKVD haqqında az qala ehtiyatla danışırlar.

NKVD-ni bu qədər qorxulu edən nə olub? Repressiya, həbslər, sürgünlər, yüz minlərlə günahsız insanın güllələnməsi öz yerində... Bunlarla yanaşı, bu qurumun türmələrində insanlara verilən işgəncələr sözün əsl mənasında, sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli olub.

Həmin dövrün şahidlərinin, təsadüf nəticəsində NKVD zirzəmilərindən sağ çıxanların söylədikləri bu dəhşətləri bir daha sübuta yetirir.

Söylənilənlərdən belə qənaətə gəlmək olar ki, işgəncələrin “kəşf”i üçün xüsusi bir qrup işləyib.

İnsanın dərisi üzərində siqaret söndürmək, yaxud kəlbətinlə dırnaqlarını çıxarmaq NKVD cəlladları üçün ən adi və ən asan cəza sayılıb.

Məhbusları dəli olmaq vəziyyətinə gətirmək üçün kameralarda xüsusi səsgücləndiricilərdən istifadə olunub. Belə ki, müstəntiqlər ittiham olunanlardan ifadə alarkən, sualları onlara bu səsgücləndirici vasitələri qulaqlarına yerləşdirərək veriblər. Səs o qədər güclü olub ki, sinir sistemində fəsad yaratmaqla yanaşı, həm də məhbusların qulaqlarından qan açılıb.

O cümlədən, kameralara həddindən artıq güclü işıq verilib. Bir neçə sutka gecə və gündüz bu “işıqlı kamera”da oturan məhbusun gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatırdı.

İşcəncələrdən biri də məhbusları 10-15 gün ac saxlamaq olub ki, bundan sonra onlar istənilən ifadəni verməyə razı olublar.

Döyülmə prosedurları gündəlik işgəncələrdən biri olub ki, burada əsas zərbələr cinsi orqanlara yönəldilib.

Ən ağır cəzalardan biri susuzluqla bağlı olub. Amma bu cəza növündə məhbuslar əvvəlcə yaxşı “qidalandırılıb”. Belə ki, onlara duzlu-istiotlu qidalar yedizdirilib. Bundan sonra isə lazım olan müddətə qədər onlara su verilməyib.

İfadəni tez və rahat almaq üçün məhbuslar tam soyundurularaq üzərində mismarlar olan stullara əyləşdirilib. Bu işgəncədən sonra məhbusdan istənilən ifadəni almaq asan olub.

İşgəncənin daha bir növü xüsusi kameralarda həyata keçirilib. “Otstoynik” adlanan bu kameralara o qədər məhbus yerləşdirilib ki, burada nəinki oturmağa, hətta əyilib ayağını qaşımağa imkan olmayıb. Sıxlıq o dərəcədə olub ki, məhbuslardan kimsə ölübsə, onun meyiti də ayaqüstə qalıb.

Daha dəhşətli işgəncələrdən biri xüsusi hazırlanmış şkaflarda tətbiq edilib. Belə ki, həmin şkafların içərisinə yalnız bir nəfəri güclə yerləşdirmək mümkün olub. Həmin şkafların içərisinə böyük sayda həşəratlar doldurulub, sonra isə məhbus həmin şkafın içərisinə pərçim edilib.

İşgəncələr çöl şəraitində də həyata keçirilib. Məhbusları boğazlarına qədər torpağa basdırıblar.

“Karser” işgəncələri isə əsl cəhənnəmi xatırladıb. Burada məhbusları sutkalarla yuxuya həsrət qoyublar. Soyuq havalarda “karser”ə buz kimi su buraxıblar. Məhbuslar beton kamerada dizə qədər suyun içində saxlanılıb.

NKVD təcridxanalarında qadınlar üçün də cəzalar tətbiq olunub.

Qadınlar üçün ən “populyar” cəza növü cinsi zorakılığa məruz qalmaq olub. Hətta bəzən bir qadın tam soyundurularaq, 50-60 nəfərlik kişi kamerasına buraxılıb.

Nəzərdə tutulan ən dəhşətli işgəncə isə körpəsi olan qadınlara tətbiq edilib. Belə ki, onların gözünün qabağında körpələrinin dırnağı çıxarılıb, qızdırılmış dəmir parçaları uşaqların bədəninə yapışdırılıb.

Əgər bu və ya digər cəza növlərinin tətbiqi ittiham olunanlardan lazımi ifadəni almaq məqsədi daşıyıbsa, ikinci bir tərəfdən bu cəzaları tətbiq etməklə cəllad xislətli NKVD əməkdaşları zövq alıblar. Amma bu işgəncələri verərkən çoxları düşünməyib ki, özlərinin də yolu bu kameralardan düşə bilər.

Faktlara istinad etsək, şahidi olarıq ki, saysız-hesabsız NKVD əməkdaşları sonda özləri də bu türmələrin “qonağı” olublar.

Qeyd edək ki, tarixə amansız “yejovşina” dövrünü yazan NKVD-nin rəhbərlərindən biri olmuş Yejov da məhz nə vaxtsa başçılıq etdiyi bu qurumun türməsində ən ağır işgəncələrə məruz qalıb./musavat.com/

İlham Cəmiloğlu

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”