Qarabag Media
Haqqımızda Əlaqə

QAÇQIN YATAQXANASINDA MAHNI OXUYAN QOCA


Tarix:23-11-2015, 09:45 Kateqoriya:Manşet / Laçın yurdu

QAÇQIN YATAQXANASINDA MAHNI OXUYAN QOCA

Qönçəgül KAMALQIZI
Xoş o bəndənin halına ki, gücü gəldikcə bağırıb-çığırır, ağlaya bilir. Bədbəxt o insandı ki, dərdi içini yeyir, heç kimlə ağrılarının yükünü bölüşə bilmir.

Yaşlı, dərddən yumağa dönən insanların əzabına dözmürəm. Onların ötüb-keçən ömrünə, əziyyətlərinə heyfim gəlir. Yaşadığım binada belələrinin sayı çoxdu. 23 il əvvəl bu yaşayış məkanına – “Qaçqın yataqxanası”na pənah gətirənlərin gəncliyini illər əlindən alıb, qocaldıb. O yaşlılardan biri daha çox diqqətimi çəkir. Həyatın əzə-əzə güclü etdiyi bu adamı ya binanın həyətində var-gəl edən görərəm, ya da oturub məchul bir nöqtəyə baxan.

Hərdən ağacın kölgəsində, daşın üstündə oturub, zümzümə edir astaca... Bilmirəm laylamı deyir, yoxsa ağı. İnsanı sarsıdacaq ağrı, hüzn, yanğı dolu bir iniltiyə bənzəyir əslində onun oxuduqları. Oyuncağı əlindən alınmış uşağa bənzədirəm onu. Vətəndən ayrıdı, doğma torpağa həsrət qalıb. Müharibə onu evindən, yurdundan didərgin salıb. Nə etsin, əlacsızdı. Bu kabusa, “Dur!” deməyə, haqqı varsa da, gücü yoxdur. Torpağının xiffətini çəkə-çəkə torpaq olmağa yol alıb.
Xoş o bəndənin halına ki, gücü gəldikcə bağırıb-çığırır, ağlaya bilir... O adam da ağlayır, amma astaca. Özünün, bir də Allahının eşidəcəyi bir səslə. Qaçqınlığına, köçkünlüyünə, əsir düşənlərinə, şəhidinə, işğal olunmuş torpaqlarına ağı deyir.

Çox istəyərdim o qocanı çal-çağır verilişlərinin birinə dəvət etsinlər. Zarafat etmirəm, ciddi sözümdür. Oxumağı bacarıb-bacarmayan, səsi olmasa da, özünü tamaşaçı qarşısında həlak edən müğənnilərin yanında əyləşdirsinlər. Çox yox, bir dəfə imkan versinlər. “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, “Laçınım” və sair mahnıları dinləmək istəyənlər üçün o kişi zümzümə etsin. Çünki heç bir “ulduz” müğənni vətən ağrısını onun qədər yanıqlı ifadə edə bilməyəcək. O, minlərlə qəriblik ağrısı çəkən insanın harayıdı, səsidi.

Zövqü baltalayan musiqiləri, mahnıları dinləyib, qan-tər içində alqışlamaqdan əlləri qabar olan, hansı havaya oynadığını bilməyən adamlar o harayı dinləməyəcəklər. Ona görə ki, yalançı pafos, dəbdəbə, təmtəraq yoxdur o səsdə. Müharibə, şəhid, torpaq dərdi var.

Bu dərdi özünə sirdaş edənlər sakit köçər gedər bu yer üzündən. Qulağını çal-çağırdan kar edib, oynayanlar: yorulmayasız, nə deyim. Sizə bir əhvalat danışım yeri gəlmişkən.

Bir gün uşaq məktəbdən evə gəlib sevinə-sevinə atasına deyir ki, dörd dərsdən “2”, nəğmədən isə “5” qiymət almışam. Ata oğluna sual verir:
Bir gündə düz dörd dərsdən sən iki ala-ala,
Necə həvəsə gəlib mahnı oxudun bala?
Həvəsinizə heyranam, əzizlərim.

"Laçın yurdu" jurnalı










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”