Qarabag Media
Haqqımızda Əlaqə

Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə


Tarix:21-06-2019, 14:21 Kateqoriya:Manşet / Cəmiyyət

Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il 1-ci qrant müsabiqəsinə təqdim olunan, “Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüslər” bölümü üzrə qalib gəlmiş “Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” üçaylıq layihəsi həyata keçirilməyə başlanılıb.

Layihəni həyata keçirən “Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Yardım” İctimai Birliyinin sədri, layihə rəhbəri, eyni zamanda jurnalist və alim Cəmilə Çiçək (İsbəndiyarova) mətbat üçün geniş açıqlamasında məlumat verib. O bildirib ki, dünyanın hər yerində yaşayan 55 milyonluq Azərbaycan insanı üçün modern ailə necə olmalıdır problemi ətrafında ictimai-mədəni mübahisələr illərdir davam edir, son vaxtlar daha da qızışıb. Yaşlı nəsil nümayəndələri ilə, yeni nəsilin liberal təfəkkürlü üzvləri arasında kəskin fikir ayrılıqlarına baxmayaraq, layihə çərçivəsində ənənəvi ailə dəyərləri ilə müasir dünyanın çağdaş ailə trendlərinin sintezi ətrafında ictimai-sosial, elmi-mədəni araşrırmalar, dinləmələr və müzakirələr aparılması, o istiqamətdə fərqli konsepsiyaların hazırlanması, elmi-kütləvi toplunun nəşri, İnternetdə - sosial şəbəkələrdə materialları yayılması və xaricdə yaşayan soydaşlarımıza çatdırılması nəzərdə tutulub. Dünyaya səpələnmiş soydaşlarımız və xaricdən gələn həyat tərzlərinin təsiri altında böyüyən, nigaha girmək istəyən gənclər və cavan ailələr üçün gündəlik həyati bilgilər, yaşam tərzlərinin modernləşməsinə ehtiyac duyulur. Liberal dəyərlər, ifrat azadlıq, a-sosial fərdin eqoist həyat tərzi istər-istəməz gənc nəslin tərbiyəsinə, yaşam tərzlərinə mənfi təsir edir. Son 10 ildə bağlanan hər rəsmi 4-5 nigahın az müddət ərzində pozulması kimi kəskin sosial problemlər, təkuşaqlı ailələrin artması, qısamüddətli qanundankənar münasibətlər, ictimai nigahlar, dini kəbinlər cəmiyyətimiz qarşısında dərin etnik-məişət, sosial-mədəni uçurumlar yaradıb.
Son on ildə öz ilkinliyini, milliliyini itirən ənənəvi Azərbaycan ailə formaları həyatımızın qloballaşdığı, sosial şəbəkələşdiyi – virtuallaşdığı zəmanədə yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan və yad mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dəyərlərin tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə dəyərlərinin dirçəldilməsini, modernləşməsini, bəşəri motivlərlə birləşdirilərək daha da çağdaşlaşmasını tələb edir.
Çağdaş genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar ənəvi milli ailə dəyərlərinizi tənəzzülünə aparıb çıxarıb. Urbanizasiya - şəhərləşmə, Dağlıq Qarabağdakı məlum münaqişə nəticəsində qaçqın və məcburi köçkünlük, obyektiv səbələrdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş diaspor və qarışıq nigahlardan dünyaya gələn övladların sayının durmadan artması klassik Azərbaycan ailəsinin ənənəvi formalarına sağalmaz yaralar vurur. İndi babalar-nənələr, ata-ana, bacılar-qardaşlar, əmilər-bibilər, xalalar-dayılar, qohum-qonşular, ağsaqqallar-ağbirçəklərlə əhatələnmiş, yeri gələndə, məhəllədə, kəndə sosiallaşan milli ailə tipləri azalmaqdadır. Əvəzinə daha çox boşanmaya məruz qalmış, tək ata və ya tək ana himayənsində bir, yaxud iki uşaqlı dağınıq ailələr cəmiyyətimiz və dövlətimiz üçün böyük yükə çevrilməkdədirlər. Ailə dəyərləri ilə bağlı problemlərin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçrumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan bu məişət-ailə institutunun, sosial-mənəvi təsisatıları möhkəmləndirmək, çağdaşlığa uyğun olaraq modernləşdirilməsinə - qədim və modern dəyərlərin sintezini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı dəyələr sisteminin xüsusi yeri vardır. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbli trendlər” altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfitendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə sosial-mədəni hərəkata başlamaqla xaricdə və Azərbaycan cəmiyyətində get-gedə zəifləyən milli ailə dəyərlərinin bərpası, inkişaf etdirilməsi, modernləşdirilməsi istiqamətində müxtəlifformatlı – real və virtual, sosial-ictimai milli-mədən, modern ənənələri ilə trendlərin sintezi istiqamətində fəaliyyət növləri keçirməklə sadalanan halları nisbətən zəiflətməyi, dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir. Əsas hədəf milli ailə dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslnə çatdırılmasında, elmi-sosioloji araşdırmaların aparılmasını, mətbuatda, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə o istiqamətdəki çalışmaların ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə istiqamətləndirilib.
Son illərin araşdırmalarını, statistik məlumatları, yazılı və elektron KİV-də gedən materiallar, İnternet və sosial şəbəkələrdəki saysız-hesabsız müzakirələr, müxtəlif fakteroloji informasiyalar Azərbaycan ailələrindəki müxtəlif səbəbdən yaranan kəskin problemləri üzə çıxarıb. Təkcə TV kanallardakı sosialyönümlü proqramlardakı çoxsaylı ailə münaqişələrini xatırlatmaq və eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti, xalqımız üçün aktuallığı aydın olsun. Son 10 ildə bağlanan hər rəsmi 4-5 nigahın ikisinin qısa müddət ərzində pozulması kimi kəskin sosial problemlər, təkuşaqlı ailələrin artması, qısamüddətli qanundankənar münasibətlər, ictimai nigahlar, dini kəbinlər cəmiyyətimiz qarşısında dərin etnik-məişət, sosial-mədəni uçurumlar yaradıb. Son zamanlar xaricilərlə bağlanan nigahlar, qızlarımızın əcnəbilərə ərə getməsi, gənc oğlanlarımızın evlənmək bəhanəsiylə xaricə üz tutmaları ailə institutlarımızda, milli-mənəvi dəyərlərmizin məişət istiqamətinin get-gedə əhəmiyyətli dərəcədə tənəzzülə uğramasına dəlalət edir.
Hər dövrlərdə olduğu kimi, müasir cəmiyyət də özünün mənəvi dəyərləri, ailə ənənələri ilə zənginləşir. O zənginlikləri öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud ailə modellərinin hazırkı vəziyyəti müxtəlif sosial qruplar üzrə araşdırılmalıdır. Günümüzdə ailə institutunda zəifləmə gedir. Gənclərin böyüklərə, övladların valideynlərə münasibətlərində ailə dəyərlərinin mövcud vəziyyəti aydın görünür. Klassik ailədə dəyərlərimizin ictimaiyyət daha geniş dairələrinə təsirinin öyrənilməsi ilə cəmiyyətimizi zənginləşdirən mənəvi meyarları, əldə olunan resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında problem ətrafında araşdırmalar aparılmalı və mövcud vəziyyət təhlil edilməlidir. Bu araşdırmalar milli ailənin və xalqımızın aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində götürülməli və ictimai-mənəvi baxımdan öyrənilməlidir.
Bu baxımdan layihə çərçivəsində çağdaş ailə modelləri istiqamətlərində ictimai-mədəni, elmi-kütləvi müzakirələr, sosioloji-intellektual araşdırmalara, milli və modern ailə modelləri sahəsində ciddi tədqiqat işlərinə böyük ehtiyac duyulur. İctimai-məişət münasibətlərinin, çoxuşaqlı ailə modellərin, qohumluq-qonşuluq konsepsiyasının get-gedə zəifləməsi cəmiyyətimzin kəskin problemlərindən biridir. Açıq dünyada – sərhədsiz planetdə yaşadığımızdan milli-mənəvi dəyərlər sanki arxa plana keçir. Ailə planlaşması şüarı altında çoxuşaqlılığa – qohumcanlılığa vurulan ağır ictimai zərbələr ictimai-sosial münasibətlərin tənzimləyicisi, etnik-nəsil psixologiyasının əsası kimi çıxış edən milli ailə institutunun, fəlsəfəsinin get-gedə zəifləməsinə aparıb çıxarır. Klassik ailə ənənələri və müasir ailə trendlərinin ən yaxşı cəhətlərinin sintezini işləyərək hazırlanması, geniş cəmiyyətimizə təqdim edilməsi, ictimai-sosial müzakirələrini təşkil olunması, elmi-sahəvi araşdırmalardan ibarət toplu, İnternet resurslarının hazırlanması əsas məqsədlərdəndir.
Layihə bu sahədə elmi-sosioloji araşdırmaları cəmiyyətə təqdim etməklə milli və modern ailə dəyərlərinin, nigah institutunun, mədəniyyət-məişət, yaşam fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, ailələrdəki münaqişələrin, boşanmaların, nəsillərarası mənəvi-psixoloji münaqişələri, qismən də olsa, aradan qaldırmaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsini dəstəkləyir. Eyni zamanda, layihə sadalanan problemin həllinə yönəli bir çox problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin səylərini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini, yeni – modern ailə modellərini işlənilməsini dəstəkləyir.
Məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: Tarixən və indinin özündə cəmiyyətimizin ailə dəyərlərinin mövcud vəziyyətini təhlil etmək və problemlərini müəyyənləşdirmək; klassik ənənələrə söykənən modern ailə dəyərlərinin, dünyagörüşünün, fəlsəfəsinin, problemlərinin öyrənilməsi, onlarınyeni formalarını işlənilib hazırlanması, beynəlxalq aləmdə planetar mıdıni norma kimi təbliği, aktivləşdirilməsi və populyarlaşdırılması yollarının tapmaq; İnternet və sosial şəbəkələrdə modern ailə institutunun tanıdılmasının, təbliğinin təşkili; Modern ailə modelləri haqqında əldə edilmiş qənaətlərin yeni media və klassik KİV-də təbliğini həyata keçirmək; düşüncə adamlarımızın, ekspertlərin, ailəşünasların və gənclərin bir yerdə olduğu dəyirmi masa və tanıtım məclislərinin təşkil etməklə problemin müzakirəsini həyata keçirmək və perspektivlərini müəyyənləşdirmək. Əsas hədəf o istiqamətdə yeni nəslin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş istifadəsində gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, o mövzuda həyata keçirilən rəsmi dövlət proqramlarının, tədbirlərin geniş ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə yönəldilib.
Layihədə qarşıya qoyulan məqsədə çatmaq üçün cəmiyyətimizin mənəvi dəyərlərindən biri olan ailə institutunun, dünyagörüşünün, fəlsəfəsinin, problemlərinin öyrənilməsini, onların yeni trendlərlə zənginləşdirilməsini və sintezləşdirilərək modern formalarda bərpasını, beynəlxalq aləmdə planetar etik norma kimi təbliğini, aktivləşdirilməsini və populyarlaşdırılması yollarının araşdırılmasını əsas vəzifə olaraq qarşısına qoyur.
Ailədaxili münaqişələr üzrə mütəxəssislər, ailəşünaslar, cəmiyyətşünaslar, kulturoloqlar, ailə psixoloqları, sosioloqlar, yeniyetmələr, gənclər, tələbələr, jurnalistlər, yazıçı və publisitlər, xaricdə yaşayan soydaşlarımız, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri layihədən bəhrələnə bilərlər. Real olaraq layihə müddətində cəlb olunacaq 65 nəfər, virtual olaraq İnternet vasitəsilə minlərlə şəxsi əhatə edəcək layihədə kütləviliyə xüsusi diqqət ayrılacaq.
Layihə Azərbaycan cəmiyyətinin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Bu layihədən milli və modern ailə modelləri haqqında daha geniş təsəvvürləri və sosial təcrübələri olan yaşlı insanlar, həm də bu institut vasitəsilə öz mədəni davranışlarını daha da zənginləşdirməli olan gənclər faydalanacaq. Bütövlükdə layihə yaşlı nəslin malik olduğu mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsini nəzərdə tutduğu üçün layihə geniş əhatə dairəsinə malikdir və ümummilli xarakterlidir.
Milli ailə dəyərlər, mental qayda-qanunlar, etnik mədəniyyəti, yaşam dünyagörüşləri daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Ailə dəyərləri və modern modelləri ilə bağlı bilgilərin yayılması, məlumatların zənginləşməsi, elektron resurslarında daha geniş istifadəsi də sadalanan gənc qrup nümayəndələrindən asılıdır. Çünki milli-mənəvi və modern baxışların sintezindən ibarət müasir ailə dəyərləri xalqa məxsusdur və hər bir vətəndaşın zövqünü formalaşdıran, tərbiyə edən mühüm faktordur. Əldə olunan nəticələrdən qanunverici orqanlar qanunyaratma fəaliyyətində və icra orqanları təbliğat işində istifadə oluna bilərlər. Bu fəaliyyətlərdən ailə mədəniyyəti ilə məşğul olan yerli və beynəlxalq qurumlar da faydalana bilər.
Tarixən də, elə indinin özündə də dünya azərbaycanlılarıınn mənəvi-mədəni mərkəzi, adət-ənənlərimizi tədqiq edən elm-beyin mərkəzləri, əsasən, paytaxt Bakıda yerləşir. Eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən 55 milyonluq soydaşımız da əsasən Azərbaycan paytaxtı vasitəilə maarifləndiyinə görə layihə məhz burda fokuslanıb. Modern ailə tiplərinə əsasən paytaxtımızda və iri şəhərlrdə rast gəlinir: onların məskunlaşdığı rayonlar - yaşadığı məkanlar da layihənin fokuslandığı coğrafi ərazilərdir.
Fəaliyyət planına uyğun olaraq aşağıdakı istiqamətdə işlərin görülməsi nəzərədə tutulur:
- Layihənin texniki-elmi hazırlıqları;
- Mütəxəssislər və ailə ilə bağlı rəsmi dövlət, eləcə də ictimai qurumlarla fərdi və mobil görüşlərin keçirilməsi.
- Milli və modern Azərbaycan ailə dəyərlərinin, yeni ailə modellərinin araşdırılması, materialların kitab şəkilində çapına hazırlıq.
-Klassik, modern, milli ailə formaları, dəyərləri, modelləri, tipləri haqqında məlumatların öyrənilməsi, çağdaş dövrə uyğunlaşdırılması üçün təkliflərin aidiyyəti qurumlara və cəmiyyətə təqdim edilməsi.
-Yaşlı nəslin nümayəndələrinin iştirak etdiyi, ailələrlə bağlı lokal görüşlərin, tanıtım məclislərinin təşkil edilməsi.
- Milli Azərbaycan ailəsi ilə bağlı məlumatların gənclərə çatdırılması istiqamətində – ailə dəyərlərinin bilik və təcrübələrin KİV-də, İnternet və sosial şəbəkələrdə təbliğinin təşkili.
- Ənənəvi Azərbaycan ailə modelinin, dəyərlərinin, onun muasir formalarının, YUNESKO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına salmaq üçün müxtəlif formalı İnternet aksiyalarının həyata keçirmək.
- Araşdırıcıların Azərbaycanın ənənəvi və modern ailə dəyərləri barədə tədqiqatlarından ibarət toplunun nəşri, həmin materialların nüfuzlu elmi-kütləvi sayt və sosial mediada, şəbəkələrdə, eləcə də İnternet resurslarında yerləşdirilməsi.
- BMM-də təqdimat mərasimi və tanıtımı.
Ənənəvi və modern Azərbaycan ailə modellərinin daşıyıcıları olan, eləcə də xarici təsirlərə məruz qalan soydaşlarımızın respublikamızın hər yerinə səpələnməsi, elektron resurslarda işləyə biləcək mütəxəssis çatışmamazlığı, gənc ailə sahiblərinin, subay olaraq nigaha daxil olması gözlənilənlərin və gənclərin milli-mənəvi dəyərlərimizə zəif həvəs göstərmələri, qarışıq nigahlardan ibarət ailə tiplərinin artması və b. problemlərin həllinə təsir göstərmək, sözsüz ki, bir layihə çərçivəsində mümkün olmasa da, ictimai fəalları bu məsələyə xüsusi diqqət ayırmalarına çalışılacaq.
Elmi araşdırmalardan ibarət toplunun nəşri və yayılması, mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına səy göstəriləcək.
Layihənin icrasından aşağıdakı nəticələrin əldə edilməsi nəzərdə tutulub:
- Çağdaş dövrünün İKT texnologiyalarına uyğun olaraq, Azərbaycan klassik və modern ailə dəyərlərinin beynəlxalq informasiya resurslarında tanıdılması, yayılması, inkişafı və zənginləşməsi mövzularında gənc intellektuallar, populyar bloqerlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına təkan veriləcək və bunların e-resurslarında, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək;
- Nüfuzlu alimlərin, tədqiqatçıların, qələm adamları, gənclərin, bloqerlərin milli ailə, etnik-mənəvi dəyərlər dəyərləri mövzusuyla bağlı görüşlər keçirəcək. Hazırlanmış materialların kağız və elektron formalı elmi-kütləvi toplu formasında nəşrə hazırlanacaq, İnternetdə yerləşdiriləcək və istifadə üçün açıq yayımlanacaq;
- Milli ailə, etnik-mənəvi dəyərlər ilə bağlı İnternet və sosial mediada ayrıca elektron resurs yaradılması nəzərdə tutulur. Feysbuk səhifəsi təşkil edilməsi, hazırlanacaq materialların orada yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Azərbaycan birgəyaşarlığı düşüncə-yaşam tərzlərinin öyrənilməsinə, populyarlaşmasına, İnternetdə yayılmasına, inkişafına təkan verəcək virtual aksiyalar, müzakirələr təşkil olunacaq;
- Azərbaycan ailəsinin müasir formaları və modelləri haqqında elmi-kütləvi araşdırmalardan ibarət toplunun kağız və elektron formada nəşri!
- Azərbaycan milli ailə dəyərlərinin qorunması və inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı və bəşəri etik dəyərə çevrilməsi üçün innovativ formada İnternet aksiyalar, onların inkişaf tarixinin araşdırılmasına yönəli tədbirlər həyata keçiriləcək.
- Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV orqanlarında, məktəblərdə, elmi dairələrdə və s. Azərbaycan milli dəyərlərin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, Beynəlxalq Mətbuat Mərkəzində görüş və təqdimat - tanıtım məclisləri keçiriləcək;
- Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil lunacaq.
Təşkilatçılar olaraq layihənin icrası nəticəsində bu problemlə əlaqədar baş verə biləcək aşağıdakı dəyişiklikləri vurğulaya bilərik:
- Ailəşünaslarla görüşlərin keçirilməsi, onların bilik və təcrübəsinin araşdırılması, ailə problemləri üzrə ixtisaslaşmış rəsmi və ictimai qurumlarla əlaqələrin yaradılması və onların təcrübələrinin, fəaliyyətinin öyrənilməsi baş tutacaq;
- Klassik və modern Azərbaycan ailə modellərinin şifahi və yazılı qaynaqlardan bəhrələnərək öyrənilməsi, tədqiqi, çağdaş dövrə uyğunlaşdırılması, təcrübəli ailə sahibləri ilə liberal düşüncəli gənclərin müntəzəm görüşlərinin təşkili öz səmərəli bəhrəsini verəcək;
- Azərbaycanda və dünyadakı soydaşlarımızın yararlandığı milli ənənəvi və modern ailə modelləri, dəyərlərimizin, nigah fəlsəfəsmizin beynəlxalq aləmə çıxarmaq, bəşəriyyətin mənəvi-sosial, mədəni-etik normasın çevirmək, dəyərlilərini ingilis dilinə tərcümə etdirib, İnternet vasitəsi YUNESKO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına salmaq üçün müxtəlif formada aksiyalarla vasitəsilə nail olunacaq.
- Müasir dövrdə milli ailə dəyərlərinin, Azərbaycan ailə-nigah institutunun, fəlsəfəsinin inkişafı və zənginləşməsi istiqamətində alimlər, araşdırmaçılar tərəfindən elmi məqalələrinin yazılmasını təşviq etmək, toplu hazırlamaq və həmin materiallarım nüfuzlu saytlarda, intellektual dərgilərin səhifələrində nəşr ediləcək, eləcə də İnternet resurslarında yayımı həyata keçiriləcək;
- Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə səbəb olacaq.
Yeni dövrün tələblərinə uyğun, milli – klassik və modern ailə dəyərlərimizin beynəlxalq informasiya resurslarında inkişafı və zənginləşməsində gənc intellektuallar, populyar bloqerlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasını həvəsləndirmək və bunların İnternet resurslarında, sosial şəbəkələrdə yayımını təşkil ediləcək. Real və virtual formada kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun ailə dəyərlərimizin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla - yazılı və elektron nəşrlə çalışmaq vərdişlərinin, bu istiqamətdə bacarıqlarının formalaşdırılacaq, ailə məsələlərinə həsr olunmuş elmi-sahəvi istiqamət daha da zənginləşdiriləcək. Müasir zamanda milli ideya - Azərbaycançılıq məfkurəsinin əsas atributlarından olan ailə dəyərlərinin saflığının qorunması və inkişaf etdirilərək modernləşdirilməsi daim diqqət mərkəzində olacaq.
Fəaliyyət zamanı əldə edilən nəticələr geniş ictimaiyyəti arasında araşdırılan problemə diqqəti artıracaqdır. Azərbaycan ailə-nigah institutunun mənəvi dəyər seqmentlərinin izahı ilə, həm də cəmiyyətdə onun vacibliyi diqqətə çatdırılacaqdır. XXI əsrdə yaşayan soydaşlarımız milli və modern ailə modelləri haqqında müxtəlif təsəvvürə malik olacaqdır. Ailə modellərimizin problemləri və onun ən yaxşı dəyərlərinin yaşadılması yolları da ictimaiyyətə təqdim ediləcəkdir. Gənclərimiz ailə dəyərlərimizin ən yaxşı tərəflərini tanıyacaq, onların faydalı cəhətlərindən xəbərdar olacaq, onların yerini və rolunu öyrənəcəkdir. Xüsusilə gənc nəsil milli ailə dəyərləri haqqında geniş məlumat ala biləcək, müxtəlif ailə modellərimizi tanımaq imkanını qazanacaqdır. Ailə modellərimiz haqqında əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi mənəvi dəyərlərimizin, o cümlədən milli klassik və modern ailə formalarımızın qorunması və yaşadılması istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.
İctmai təşkilat olaraq müxtəlif mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, mental-vətənpərvərlik mövzuda kitabların, toplu və dərgilərin nəşri istiqamətində silsilə layihələr həyata keçirmişik. Təşkilatda fəaliyyət göstərən üzvlərin əksəriyyəti alimlər, pedaqoqlar, qələm adamları, tanınmış imza sahibləri və milli dəyərlər sahəsində işləyən elmi-yaradıcı şəxslərdir.
Reallaşdırdığımız layihələr, indiyə qədər apardığımız işlər, ictimai-sosial fəaliyyətlərimiz Azərbaycan cəmiyyətində ciddi əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər də faydalanılır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağı bacarmışıq. Bu layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Ağsaqqallar Birliyi, AMEA-nın Folklor İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, ali məktəblərin filologiya fakültələri, KİV, İnternet, sosial media, elektron kitabxana və b. qurumlarla faydalı münasibətlər qurulacaq.
Layihənin icrası və nəticələri haqqında mütəmadi olaraq mətbuat və elektron KİV vasitəsilə məlumat veriləcəkdir. Bununla bağlı xüsusi verilişin hazırlanması üçün telekanallara müraciət edilməsi nəzərdə tutulub. İB-in saytından layihə haqqında lazım bilinən informasiyaları almaq olar. Yekunda mütəxəssislər, QHT nümayəndələri, alimlər və dövlət orqanları nümayəndələrinin iştirakı ilə bütövlükdə layihənin nəticələri ilə bağlı Dəyirmi Masa keçiriləcək. Layihənin davamlılığının təmin olunması üçün ailə dəyərləri ilə bağlı silsilə layihələr həyata keçirmək fikrindəyik. Layihənin icrası, alınan nəticələrin ictimailəşməsi sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verəcək və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracaq.
Həyata keçiriləcək layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. Ailə məsələləri ilə bağlı rəsmi təşkilatlar, sahəvi elmlərlə əlaqədar kitab nəşri və yayımı ilə məşğul olan qurumların nümayəndələri, eyni zamanda elmi-tədqiqat institutları, ali təhsil ocaqlarında çalışan alimlər və mütəxəssislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.
Yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Ağsaqqallar Birliyi, Milli QHT Forumu, Azərbaycan Yazıçılar Birliyi kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan ailə modelləri, fəlsəfəsi, dəyərləri geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
KİV-də gedən materiallara, elmi müzakirələrin səviyyəsinə, çap ediləcək toplunun dəyərinə, əhatə edəcək iştirakçıların sayına, İnternet resurslarında yerləşdiriləcək materiallara olan kütləvi müraciətlərin sayına, cəmiyyətdəki əks-sədaya və raksiyalara görə xüsusi meyarlar işlənib hazırlanacaq və layihənin nəticələri qiymətləndiriləcək.
Həyata keçiriləcək işlər, keçiriləcək aksiyalar, fəaliyyətlərimiz və layihə ilə bağlı hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaqdır. AzRPY QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Respublika Ağsaqqallar Birliyinin, AMEA-nın humanitar yönümlü institutları, ölkəmizdə və xaricdə fəaliyyət göstərən ictimai-sosial, mədəni-elmi qurumların, e-kitabxana kimi təsisatların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan milli ənənəvi və modern ailə modellərinin, dəyərlərinin geniş yayılmasına səbəb olacaq.

Karabakhmedia.az

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO