Qarabag Media
Haqqımızda Əlaqə

Məhəmməd Baharlı vəfat edib


Tarix:16-06-2019, 14:04 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Məhəmməd Baharlı vəfat edib Azərbaycan ədəbiyyatına, mətbuatına ağır itki üzv vermişdir. Tanınmış nasir, publisist MƏHƏMMƏD BAHARLI 71 yaşında vəfat etmişdir.

Məhəmməd Baharlı (Məhəmməd Əhməd oğlu Əhmədov) 12 mart 1948-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirdikdən sonra 1965-1969 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
Məhəmməd Baharlı əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, 1970-1971 illərdə ordu sıralarında xidmət etmişdir. O, "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986-1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988-1989), "Gənclik" və "Молодость” jurnalları redaksiyasında məsul katib (1989-1992), "Təhsil" qəzetinin baş redaktoru (1992-1993) vəzifələrində işləmişdir. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Uzun illər idi ki, Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyat tədrisi"nin baş redaktoru idi.

Məhəmməd Baharlının indiyə kimi “Dərs müasirlik tələb edir” (Bakı, 1981), “Gəlin gülək” (Bakı, 1985), “Həyat işığı” (Bakı, 1988), “Məktəbdə pedaqoji işə rəhbərlik” (Bakı, 1999), “Dünya təhsil sistemi: dünən, bugün, sabah” (Bakı, 2002), “Qoca türkün şərqiləri (150 şeir)” (Bakı, 2003), “Azərbaycan tarixi: Baharlılar” (Bakı, 2010) və başqa kitabları çap olunmuşdur.

Məhəmməd Baharlının dörd cilddən ibarət “Seçilmiş əsərləri” ilk dəfə 2012-ci ildə işıq üzü görmüşdür. Bu cildlərə müəllifin publisistikaya, pedaqogikaya aid əsərləri ilə yanaşı, poeziya nümunələri, povest və hekayələri daxil edilmişdir.

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir, publisist Məhəmməd Baharlının vəfatı ədəbiyyatımız, mətbuatımız üçün böyük itkidir. Məhəmməd Baharlının əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. ALLAH rəhmət etsin!

Karabakhmedia.az

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi
Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!
Təhlükəsizlik qüvvələri güneyli fəalların evlərinə hücum edərək onları saxlayıb – Təbrizdə
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib
Bakıda dəhşətli qəza: 4 nəfər öldü
Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?