Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı


Tarix:20-06-2019, 22:52 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı

Ramil Məmmədli: “Burada əsas təşəbbüs Fransadan gəlib”

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi keçirilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə nazirliyi müşavir Fərrux Vəzirov təmsil edib. F.Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib. Əsas diqqətçəkən isə o olub ki, Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Hətta tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə də görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Ekspertlər Fransa ilə bu sahədəki birgə əməkdaşlığı yüksək dəyərləndirir və bunun Azərbaycana böyük töhfələr verəcəyini vurğulayırlar. Eyni zamanda, hər zaman Fransanın yanında olduğu Ermənistana bununla ciddi mesajların ünvanlandığı, düşmən ölkənin əndişələndiyi qeyd olunur. Azərbaycanın silah istehsalında dünyada ön sıralarda dayanan Fransa ilə hərbi əməkdaşlığının davam etdirilməsinin vacibliyindən də söz açılır. Fransa məhkəməsinin Dağlıq Qarabağdakı qondarma rejimlə Fransa kommunaları arasındakı “dostluq xartiyası”nı ləğv etməsindən sonra Azərbaycanla hərbi sahədə də əməkdaşlığa diqqət ayırmasının ciddi detal olduğu bildirilir.

Hərbi icmalçı Ramil Məmmədli əməkdaşlığından önəmli olduğunu bildirdi: “Artıq bir neçə ildir Fransanın bir neçə şirkəti Azərbaycan Müdafiə Nazirliyi və müdafiə sənayesi sektoru ilə əməkdaşlığa can atdığına dair məlumatlar yayılır. Ölkəmizdə keçirilən ADEX müdafiə sənayesi sərgilərində də Fransa şirkətləri fəallıq nümayiş etdirirlər. Ötən gün isə Müdafiə Sənayesi Nazirliyinin rəsmilərindən biri mətbuata adıçəkilən qurumun Fransanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərlə birgə istehsal layihələrini icrasını nəzərdən keçirdiyinə dair informativ açıqlamasını oxuduq. Hətta həmin şəxs əməkdaşlığa can atan Fransanın “Nexter”, “Thales” və “Airbus” şirkətlərinin də adını çəkib. Əvvəlcə onu bildirmək lazımdır ki, Fransa dünyanın iri hərbi sənaye ölkələrindən biridir. Bu ölkədə hərbi təyinatlı dəniz vasitələrindən tutmuş, müxtəlif tipli zirehli texnikalar və aviasiya vasitələri istehsal olunur. Yuxarıda adını çəkdiyim şirkətlərin hər biri dünyanın ilk 20 ən iri hərbi sənaye şirkətlərindən biridir. O ki qaldı Fransa ilə birgə zirehli texnika istehasalına, bu məsələdə əvvəlcə rentabellilik məsələsi araşdırılmalıdır. Fransada zirehli texnika istehsalçıları arasında ən iri şirkət "Nexter"dir. Bu şirkət müxtəlif təyinatlı zirehli texnikalar istehsal edir. Bu şirkətin Azərbaycana hansı təkliflərlə çıxış etdiyi haqda məlumat yoxdur. Yəni Müdafiə Sənayesi Nazirliyi ilə birgə hansı zirehli maşınların istehsalının həyata keçirilməsi haqda məlumatım yoxdur. Yəni hansı texniki xarakteriskalar üstün tutulacaq və təyinatı nə olacaq. Amma istənilən halda bunun yaxşı təşəbbüs olduğunu hesab edirəm və Azərbaycan Silahlı Qüvvələrinin texnika parkının zəngiləşdiriləcəyini düşünürəm. Burada iki amil paralel nəzərdən keçirilir. Birincisi biznes, ikincisi isə siyasi amildir. Fransa Ermənistanla - ermənilərlə bağlılığı Azərbaycandakı bir çox işlərdən kənarda qalmasına səbəb olub”.

Hərbi icmalçı təşəbbüskarın əks tərəf olduğunu düşünür: “Hesab edirəm ki, burada əsas təşəbbüs Fransadan gəlib. Yəni fransızlar Azərbaycan bazarında yer tutmaq üçün siyasi gediş etməyə başlayıblar. Bu da onun tərkib hissəsidir. Amma etiraf etmək lazımdır ki, Azərbaycan onun üçün çox vacib olduğu dövrlərdə Fransa ölkəmizin yanında olmayıb. Daha doğrusu ordunun yenilənməsi, müdafiə sənayesi kompleksinin formalaşması prosesində Fransa şirkətləri iştirak etməyib. İndi bu istəyi, açıqlamaları da pis hal deyil. Amma Ermənistanın maraqlarına qarşı gedərək, Azərbaycanın sifarişlərini tam yerinə yetirəcəkləri də inandırıcı deyil. Azərbaycan üçün isə bu siyasi manevr yaxşı təklifdir. Daha doğrusu mövcud imkandan bəhrələnərək Ermənistan-Fransa münasibətlərində soyuqluq yaranmasının bünövrəsi qoyula bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Nəzər almaq lazımdır ki, fransız soyadında Fransa vətəndaşı olan ermənilərin Azərbaycan müdafiə sənayesi sektorundakı proseslərə qatılmasına imkan vermək olmaz. Əlbəttə, Fransa da bu amilləri nəzərə alıb. Yəqin ki, müəyyən mənada məsləhətləşmələr də aparılıb. Çünki Fransa ermənilərlə düşmən olmaq istəməz. Amma digər məsələ də var. Bu Rusiya müdafiə sənayesinin Azərbaycandan uzaqlaşdırmaq üçün rəqabətin artırılmasıdır. Qərbdə yaxşı bilirlər ki, Azərbaycanda hələ də Rusiya hərbi sənaye kompleksinin məhsullarına üstünlük verilir. Daha dəqiqi Rusiya öz məhsullarının sayını daha da artırmaq istəyir. Fransa da bir qərb ölkəsi olaraq bazarda rəqabəti artırmaq, Rusiyaya mane olmaq, paralel olaraq isə biznes maraqlarını təmin etmək üçün Cənubi Qafqazda Azərbaycan vasitəsilə güclənmək istəyir. Çünki Ermənistan Fransa üçün rentabelli bazar deyil. Yəni Ermənistanın Fransa məhsullarına verəcək qədər pulu yoxdur. Amma Azərbaycanın buna imkanı var. Yəni Fransanın Azərbaycan hərbi sənaye sektorundakı fəallığını bu kimi bir neçə aspektdən təhlil etmək olar. Bir daha qeyd edirəm, burada pul qazanmaqdan daha çox siyasi divident əsas yerdədir. Azərbaycan siyasi və hərbi-siyasi rəhbərliyinin məsələyə münasibətinin necə olacağını isə zaman göstərəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı