Qarabag Media
Haqqımızda Əlaqə

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR


Tarix:20-06-2019, 22:38 Kateqoriya:Manşet / Gündəm

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.

Trend-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.

Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.

Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində "əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz" dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin "Nəsimi İli" elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.

Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR

Karabakhmedia.az
__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO