Qarabag Media
Haqqımızda Əlaqə

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO


Tarix:20-06-2019, 12:54 Kateqoriya:Manşet / Cəmiyyət

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO

Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması” mövzusunda tədbir keçirilib.

Karabakhmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məmmədhəsən Həsənov həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd yeni iqtisadi şərtlər daxilində şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları daxil olmaqla aztəminatlı ailələr üçün orta və uzunmüddətli dövrdə effektiv sosial müdafiə mexanizminin formalaşdırılması, sosial yardım modelindən sosial reabilitasiya (özününməşğulluq) modelinə keçidin asanlaşdırılması, iqtisadi asılılığın azaldılması və inklüziv əmək bazarının formalaşdırılmasına yardım göstərilməsi, həmçinin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsidir.

Daha sonra layihənin ekperti Rəşad Həsənov söz açaraq layihə zamanı apardığı araşdırmaları tədbir iştirakçılarına məlumat verdi. O, qeyd etdi ki, bu mexanizmin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır. Bu proqram təşviq edici deyil, vətəndaşları bu proqrama cəlb etmirlər, sosial rifahının yüksəldilməsi haqqında düşünmə bacarıqlarından yararlanma imkanlarını dəstəkləmir, insanlar ruhlandırılmır, insanlar biznesə təşviq edilib, yönləndirilmir, süslüyü və tənbəlliyi dəstəkləyən bir mexanizmdir. Dünya praktikasında artıq öz əksini tapmış və 90-lardan sonra bu mexanizm inkişaf etdirilməyə başladı. İnsan əmin olaraq öz gələcəyini, sosial təminatını düşünsün. Məqsəd bir ailənin gəlirini deyil, eyni zamanda digər tərəfdən əlavə iş yerinin yaranması üçün potensil hesab olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Mərkəzinə “Özünəməşğulluq proqramı”na müarciət edərək, öz bizneslərini qurmaqda yardımçı olacaqdır. Artıq kifayət qədər vəsait var və formalaşır.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Məşğulluq Mərkəzinin direktoru Mübariz Mustafayev çıxışında ilk öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu layihəni dəstəkləyib, maliyyələşdirdiyi üçün öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarını özünəməşğulluq proqramına müraciət etmələrinə çağırdı. O, bildirdi ki, gün ərzində 3000 nəfər artıq bu proqrama müraciət edib, əksəriyyəti maldarlıqla məşğul olmaq üçün müraciət edib. O, demək deyil ki, bu müraciətlərin hamısına aktivlər veriləcəkdir. Qaydalara və şərtlərə əsasən, sosial cəhətdən zəif olan şəxslərə, iş axtaran, işsiz və uzun müddət əvvəl qeydiyyatda olanlar nəzərə alınacaqdır.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər. Sonda Layihənin rəhbəri Məmmədhəsən Həsənov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO

Biləsuvarda Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının özünüməşğulluq imkanlarının öyrənilməsi məqsədi ilə tədbir keçirilib - FOTO

Karabakhmedia.az
_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA