Qarabag Media
Haqqımızda Əlaqə

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR


Tarix:19-06-2019, 14:49 Kateqoriya:Manşet / Gündəm

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR

İyunun 19-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisindəki “Qobu Park” yaşayış kompleksində Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib.

Karabakhmedia.az xəbər verir ki, mestivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.

Festivalın açılış mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, qaçqınlar və məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir.

Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramında bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Onların təhsil, səhiyyə və digər problemlərinin həllində Heydər Əliyev Fondu da fəal iştirak edir.

Bir daha xatırladılıb ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olan məcburi köçkün abituriyentlər təhsil haqqı ödəməkdən azaddırlar. Hər il yüzlərlə gənc bu imtiyazdan istifadə edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün son bir il ərzində Dövlət Komitəsinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkün qəsəbələrində üç dəfə əmək yarmarkası keçirib. Görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azaldılıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.

Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.

Festival 10 gün müddətində Bakı və Gəncə şəhərlərində, Abşeron və Biləsuvar rayonlarında məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə davam etdiriləcək.

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR

“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO