Qarabag Media
Haqqımızda Əlaqə

Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH


Tarix:19-06-2019, 00:06 Kateqoriya:Manşet / İqtisadiyyat

Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 iyun tarixində imzaladığı son sərəncamlarla ölkədə minimum aylıq əməkhaqqının, maaşların artırılması çox mühüm və inqilabi addımlardandır.

Bunu Oxu.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

O xatırladıb ki, ümumiyyətlə, 2018-ci ilin 11 aprel seçkilərindən sonra dövlət başçısı tərəfindən ölkədə çox dərin sosial-iqtisadi islahatlara start verilib:

“Bu islahatlar gündən-günə dərinləşməkdə davam edir. Yaşayış minimumu, minimum əməkhaqqı, maaşlar, pensiyalar, müavinətlərlə əlaqədar çoxlu sayda fərman və sərəncamlar imzalanıb. Bu günə qədər, konkret olaraq 2019-cu il yanvarın sonlarından dövlət büdcəsindən bu məsələlərə 3 milyarddan artıq vəsait xərclənib”.

V.Əhmədov qeyd edib ki, minimum əməkhaqqının, maaşların artımı təxminən 600 min insanı əhatə edəcək:

“Son proses bütövlükdə insanların, vətəndaşların, ölkə əhalisinin yaşayış şəraitinin, həyat tərzinin, maddi-sosial durumunun yaxşılaşdırılması ilə əlaqədardır. Mən bunu çox yüksək qiymətləndirirəm. Maaşları artırılan insanlar əksəriyyət etibarilə elə bir təbəqədən olan insanlardır ki, onların əməkhaqları daim diqqət mərkəzində olmalıdır. Çox sevindirici və əlamətdar haldır ki, onlar məhz ölkə Prezidentinin, Azərbaycan dövlətinin diqqət mərkəzindədir”.

Millət vəkili vurğulayıb ki, ümumiyyətlə, son zamanlar ölkədə sosial yönümlü layihələrə daha çox üstünlük verilir, əhalinin yaşayışını, həyat şəraitini, dolanışığını yaxşılaşdırmaq üçün daha ciddi addımlar atılır:

“Bu baxımdan, hesab edirəm ki, bu işlər, islahatlar dayanmayacaq, daha da dərinləşəcək və geridönməz xarakter daşıyacaq. Elə götürək məhkəmə-hüquq sistemini. Bu sahədə islahatlarla bağlı son bir neçə ayda çox mühüm sərəncamlar və fərmanlar imzalandı. Həmçinin kadr islahatları, struktur islahatları həyata keçirilməkdədir. Bunlar çox ciddi addımlardır.Yəni bunlar həm Azərbaycan dövlətinin imicinin artırılmasına, həm də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönələn, xidmət edən müsbət amilllərdir”.

Millət vəkili Kamilə Əliyeva da ölkə Prezidentinin bir gün ərzində 17-yə yaxın sərəncam imzalamasını, maaşların və minimum aylıq əməkhaqqının artırılmasını tarixi və inqilabi addımlar adlandırıb.

O qeyd edib ki, bunlar bir daha Azərbaycan dövlətinin və ölkə Prezidentinin Azərbaycan insanına, ölkə vətəndaşına verdiyi yüksək dəyərin əyani göstəricisidir:

“Özünüz də şahidsiniz ki, ölkə Prezidentinin 16 illik hakimiyyəti dövründə, xüsusilə, növbədənkənar prezident seçkilərindən keçən 15 ay ərzində ölkəmizdə hansı işlər görülür, hansı tarixi və inqilabi addımlar atılır. Azərbaycan bu gün inkişafının, tərəqqisinin və islahatlar prosesinin yeni mərhələsini, yeni dalğasını yaşayır. Elə bir sahə yoxdur ki, islahatlar prosesi onu əhatə etməsin. İslahatlar getdikcə və dərinləşdikcə ölkə əhalisinin də vəziyyəti, sosial rifahı, güzəranı yaxşılaşır. Çünki bunlar paralel proseslərdir.

Xatırladım ki, ölkə Prezidenti son çıxışlarında, Azərbaycan xalqına Novruz təbrikində, Mərdəkan-Qala avtomobil yolunun açılışında bir daha islahatlar prosesinin davamlı olacağını, minimum əməkhaqqının, maaşların, pensiyaların artırılacağını bildirmiş, bunların anonsunu, xoş müjdəsini vermişdi və bugünkü tarixi sərəncamlar da həmin sözlərin, bəyanatların konkret əməli addımlar olduğunu bir daha sübuta yetirdi. Çünki ölkə Prezidenti indiyə kimi nə deyibsə, nə vəd edibsə, ona da əməl edib, yerinə yetirib. Bundan sonra da məhz belə olacaq, biz qarşıdakı mərhələdə də bu cür növbəti addımların şahidi olacağıq”.

Kamil Həmzəoğlu

______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO