Qarabag Media
Haqqımızda Əlaqə

Fizuli Məmmədov diqqəti Azərbaycanda onkoloji xəstəliklərə və tibbi sığorta məsələsinə yönəltdi


Tarix:18-06-2019, 13:55 Kateqoriya:Manşet / Tibb

Fizuli Məmmədov diqqəti Azərbaycanda onkoloji xəstəliklərə və tibbi sığorta məsələsinə yönəltdi

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov diqqəti Azərbaycanda onkoloji xəstəliklərə və tibbi sığorta məsələsinə çəkdi:

"Aylar öncə xəstəxanada Pərvanə Hüseynova ilə tanış olanda ağlıma da gəlmzədi ki, qısa zaman sonra bu gənc xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı veməli olacağam... Bu sözləri yazmaq çox kədərli, çox ağır olsa da reallığı dəyişmək mümkün deyil – heç 35 yaşı tamam olmayan gənc bir insan ağır xəstəlik səbəbindən bu dünya ilə vidalaşıb...

Pərvanə xanım qan xərçənginə tutulmuşdu, uzun, ağır müalicə almalı idi. Özü sağalacağına inanmırdı... Ancaq mən ona yaşaması üçün əlimdən gələni edəcəyimə söz vemişdim. Rəhbərlik etdiyim Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Pərvanə xanımın müalicə xərclərinü üzərinə götürmüşdü və biz inanırdıq ki, müasir tibb onu xəstəliyin cəngindən xilas edə biləcək.

Son ana qədər onun yaşaması üçün mübarizə apardıq. Ancaq gücümüz onun ömrünü bir neçə ay uzatmağa yetdi və Pərvanə xanım ötən gün gözlərini bu dünyaya əbədi olaraq yumdu.

Pərvanə xanımın acı həyat hekayəsi bizim diqqətimizi bir daha Azərbaycanda tibbi sığorta məsələsinə yönəldib. Onkoloji xəstəliklərlə mübarizəyə hər il milyardlarla dollar vəsait ayrılsa da, hələlik tibb onun çarəsini tapmayıb. Bu səbəbdən hər il dünyada bu xəstəlik üzündən yüz minlərlə insan vəfat edir. Keçmiş Sovetlər Birliyi ölkələrinin statistikası da qorxuncdur. Rəsmi statislika təkcə Rusiyada onkoloji xəstələrin sayının son 10 ildə 40 faiz artdığını göstərir.

Azərbaycanda da bu xəstəlik az qala epidemiya halına gəlməkdədir. Həkimlərin fikrincə, onkoloji xəstəliklərin çoxlmasına ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi, sosial problemlər kimi bir çox faktorlarlar təsir edir ki, onların aradan qaldırılması dövlətin üzərinə düşən vəzifələrdir. Azərbaycanda onkoloji xəstələrə dövlətə qayğısı var, ancaq bu yetərli səviyyədə deyil. Düşünürəm ki, dövlət öz vətəndaşlarını bu ağır xəstəliklə baş-başa qoymamalı, təcili olaraq uzun illərdir müzakirəsi aparılan tibbi sığorta məsələsini həll etməlidir. Əgər biz öz vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmasaq Pərvanə Hüseynova kimi itkilərimizin sayı durmadan artacaq.

Pərvanə xanımın ailəsinə, bütün əzizlərinə dərin kədərlə başsağlığı verirəm, onlara uca Allahdan səbr diləyirəm. Bəlkə də zamanında müdaxilə olsaydı, biz, onun ömrünü daha bir neçə il uzada bilərdik...

Allah rəhmət eləsin.

Fizuli Məmmədov,
Rusiya Azərbaycanlıları İttifaqının və
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti"

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında