Qarabag Media
Haqqımızda Əlaqə

Əli Əhmədov: “Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"


Tarix:18-06-2019, 12:08 Kateqoriya:Manşet / Siyasət

Əli Əhmədov: “Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"“Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Azərbaycan xalqı selhsevər olsa da, təssüflər olsun ki, xalqımız 30 ildən çoxdur sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb”.

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Baş Nazirin müavinin sözlərinə görə, insan hüquqları müasir cəmiyyətin ən ali dəyərlərindən biridir: “Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında Ombudsman təsisatının böyük rolu var. Bu gün çox vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Azərbaycan xalqı sülhsevər olmasına baxmayaraq artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Azərbaycan hökuməti məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir, onların mənzillə təmin olunması üçün müvafiq işlər görülür”.

O bildirib ki, Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır və bu layihələrdə yaxından iştirak edir: “Biz məmnunuq ki, Azərbaycan ombudsmanı qısa müddət keçməsinə baxmayaraq, digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yarada bilib. Azərbaycan dövləti bu insanlara görə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, amma onların hüquqlarının təmini məsələsi açıq qalıb. Ümid edirik ki, ombudsmanlar bu münaqişənin həlli üçün öz səylərini birləşdirməyə çalışacaqlar. Azərbaycan gənc dövlət olaraq, böyük tərəqqi yolu keçib, Azərbaycan vətəndaşları inkişaf edən Azərbaycanı görməkdədirlər. Azərbaycan dövləti insanların layiqli həyat yaşaması üçün müxtəlif layihələr həyata keçirir. Hesab edirəm ki, ombudsmanlar sülhün təmin olunması üçün öz səylərini birləşdirəcəklər. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahəsində və ekoloji tarazlığın yaranmasında böyük lahiyələr həyata keçirilir. Azərbacan hökuməti bundan sonra da insanların həyatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə də müvafiq işlər görəcək”.

Karabakhmedia.az

_____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB