Qarabag Media
Haqqımızda Əlaqə

Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə və birgə yaşayışa təhdid olaraq qalır”


Tarix:18-06-2019, 11:30 Kateqoriya:Manşet / Siyasət

Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə və birgə yaşayışa təhdid olaraq qalır”“Sülh olmadıqda davamlı inkişafa nail olmağın mümükünsüzlüyünü qəbul etməliyik, eyni zamanda davamlı inkişaf da ədalətli sülhə öz töhfəsini verməlidir. Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir”.

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan belə təcrübələrin aparılması və bölüşülməsi üçün çox uyğun bir məkandır: “Çünki bura hər zaman dialoq, əməkdaşlıq şəraitində təhlükəsizlik uğrunda mübarizə aparmaq istiqamətində məsələlərin müzakirə olunduğu və qərarların verildiyi yerə çevrilməkdədir. 16-cı konfransda bura gələn ölkələrin də razılığı ilə bəlkə də hansısa bir formada təsisat yaratmaq mümkün olardı və siz bunu daimi və davamlı fəaliyyət göstərən işlək bir quruma çevirə bilərsiniz. Ombudsmanların dami toplaşaraq problemlərini həll etmək üçün bir quruma çevrilsəydi, beynəlxalq aləmdə problemlərin həllinə töhvəsini verən orqana çevrilə bilərdi”.

B.Muradova 16-cı dəfədir ki, ombudsmanların Azərbaycana toplandığını xatırladıb: ”Burada problemlərin araşdırılmasına, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşsməsinə və müsbət təcrübələrin bölüşməsinə şərait yaradır. Butədbirlərin Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Qafqaz regionu münaqişələrlə zəngindir, regionun üç dövləti münaqişədədir. Bu münaqişələrin həll olunmaması və davamlı sülhün əldə edilməməsi, bir çox hallarda münaqişə tərəflərindən birinin qeyri-konstruktiv mövqeyi, konkret halda Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi insanlarımızın, dövlətimiz və xalqımız üçün daimi sülh əldə etməyə imkan verməmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə, birgə yaşayışa əsas təhdid olaraq qalır. Həm mövcud təsisatları tam istifadə etmək, yeri gələn zaman yeni təsisat yaratmaqla problemləri həllinə nail olmaq lazımdır”.

Karabakhmedia.az

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO