Qarabag Media
Haqqımızda Əlaqə

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR


Tarix:18-06-2019, 11:05 Kateqoriya:Manşet / İqtisadiyyat

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.

Karabakhmedia.az xəbər verir ki, tədbir “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd son illər ailə institunun zəifləməsini şərtləndirən faktorlardan biri olan iqtisadi problemlərin təsirini zəiflətmək, Azərbaycan ailəsinin dözümlülüyünü artırmaq, ailədə qadınların əmək fəaliyyətinə, sahibkarlıq fəaliyyətinə qarşı əsrlər boyu formalaşmış önyarğının miqyasını azaltmaq, ailə büdcələrinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını dəstəkləmək, uşaqların normal ailə münasibətləri əhatəsində böyüməsinə və boşanma hallarının azalmasına nail olmaqdır.

Daha sonra layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, tədbird iştirak edən sabihkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra KOB evləri) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Mərkəzinə “Özünəməşğulluq proqramı”na müarciət edərək, öz bizneslərini qurmaqda yardımçı olacaqdır. Artıq kifayət qədər vəsait var və formalaşır.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra KOB evləri) Masallı rayon şöbəsinin nümayəndəsi Əkbər Şahverdiyev bu qurum haqda geniş məlumat verərək, o, bildirdi ki, hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir. KOB Dostlarının fəaliyyətinin mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həlli nəzərdə tutulur. Sahibkarlıqla məşğul olmaq istəyənlərə KOB evlərinə müraciət edərək, onlara biznes planların hazırlanmasında yardım olunacaqdır.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və layihəyə uğurlar arzuladılar. Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Karabakhmedia.az
______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB