Qarabag Media
Haqqımızda Əlaqə

Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu


Tarix:15-06-2019, 01:04 Kateqoriya:Manşet / Cəmiyyət

Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu

Bir neçə gün öncə keçmiş ailəsinə aliment ödəməməsi səbəbindən Tovuz rayon Məhkəməsinin qərarı ilə həbs olunan şair Murad Köhnəqala bu gün azadlığa buraxılıb.

Karabakhmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc yazıçı Kəramət Böyükçöl bildirib.

O deyib ki, dostları Murad Köhnəqalanın 12 min manat aliment borcundan 3 min manatını ödəyiblər. Qalan məbləğin ödənilməsi üçün şairə möhlət verilib:

“Qalan pulu ödəmək üçün möhlət verilib. Pulun az bir hissəsini yığmışıq, böyük hissəsi qalıb. Ümid edirəm ki, tezliklə məbləğin hamısı toplanacaq”.

Murad Köhnəqala qalan pulu ödəməsə, onun barəsində cinayət işi başlanacaq.

Qeyd edək ki, Murad Köhnəqalanın azadlığa buraxılmasına millət vəkili Qənirə Paşayeva da müdaxilə edib. Deputat bununla bağlı bildirib:

“Murad Köhnəqala ilə bağlı narahat olan, mənə zəng edib “kömək edin" deyənlərə məlumat vermək isteyirəm ki, o, artıq azadlıqdadır. 2 gündür bu istiqamətdə bizə dəstək olan və Murad bəyin azadlığa buraxılması üçün müraciətimə müsbət yanaşıb mənimlə birliktə dəstək olan Ümid müəllimə, Tovuzdan olan dəyərli dostlara,məhkəmə və vəkillik sistəmində olan dəyərli insanlara təşəkkür edirəm.
Murad bəyin ailəsinə ödəməli olduğu və uzun müddət yığılıb qalmış böyük məbləğ vəsaitin, alimentin bir hissəsini ödədik, hüquqi prosedurlar həyata keçirildi və onun azadlığa buraxılması mümkün oldu. Ümid edirik ki, Murad bəy artıq azadlıqda olaraq bundan sonra alimentlə bağlı qalan xərcləri yavaş-yavaş ailəsinə ödəyəcək və bir daha belə veziyyətle üzləşməyəcək. Allah yardımçıları olsun!”.

Karabakhmedia.az

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”