Qarabag Media
Haqqımızda Əlaqə

Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu


Tarix:14-06-2019, 13:23 Kateqoriya:Manşet / Gündəm

Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu

Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb.

Karabakhmedia.az xəbər verir ki, bu barədə özünün feysbuk hesabında Rəsmiyyə Qarayeva məlumat verib.

O deyib ki, türkiyəli kolleksiyonçu Özgür Honça, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və "Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 (sıfır) göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib: "Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik".

Araşdırmacı yazar Atilla Oral: "Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq".

Karabakhmedia.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"