Qarabag Media
Haqqımızda Əlaqə

Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR


Tarix:13-06-2019, 13:24 Kateqoriya:Manşet / Qarabağ

Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR

Ermənistan rəhbərliyinin işğal altındakı Qarabağ torpaqlarına turist cəlb edərək əlavə gəlir qazanması və bölgənin işğalını legitimləşdirmək planları ardıcıl uğurusuzluqlara məruz qalır.

Karabakhmedia.az xəbər verir ki, qondarma rejimin “turizm idarəsi”nin rəhbəri Sergey Sarksiyan 2018-ci ildə Qarabağı 28 min 588 əcnəbi turistin ziyarət etdiyini bildirib.

“Turistlər daha çox Xankəndi, Şuşa, Əsgəran, Qandsazar, Tuğ və Çaxkaşat kəndlərinə səfər edir”- deyə o açıqlama verib.

Digər tərəfdən, qondarma rejim Ermənistandan bölgəyə gələn hər turistdən viza haqqı kimi istədiyi 6,2 dollar “rüsum”u da ləğv edib.

Paralel olaraq, iyunun 1-də Xankəndində tanınmamış ölkələr arasında "Avropa çempionatı"nı keçirməklə separatçı rejim öz gəlirlərini artırmaq planları güdürdü.

Amma bölgəyə planlaşdırılandan az turistin gəlməsi bu məsələdə ciddi əngəl yaradıb. Statistika da ötən il Qarabağa 28 min turistdən 11 minin Rusiyadan gəldiyini və onların mütləq əksəriyyətinin erməni mənşəli şəxlsər olduğunu ortaya qoyur.

Bu isə separatçıların turizm siyasətinin faktiki olaraq, iflasa uğradığını göstərir.

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağ separatçıları kəskin turizm çatşmazlığı ilə üzləşmişdilər. İşğal olunmuş torpaqlarda fəaliyyət göstərən “Qandsazar tur” şirkətinin baş meneceri Zara Baqdasaryan aprel döyüşlərindən sonra bölgəyə gələn turistlərin sayında 70% azalma müşahidə olunduğunu demişdi.

“Qarabağda turizm sektoru ciddi böhran içindədir. Yay aylarında erməni diasporunun öz məzuniyyət günlərini Qarabağda keçirməsi üçün kampaniya başladılsa da, bu, əks effekt verib”./Modern.az/

Vüqar İSMAYILOV

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"