Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan-Polşa birgə beynəlxalq elmi konfransı keçirilib


Tarix:12-06-2019, 13:18 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan-Polşa birgə beynəlxalq elmi konfransı keçirilib

Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Karabakhmedia.az-a AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, konfransın təşkilatçıları Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və universitetin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir. Tədbir Azərbaycanın Polşadakı səfirliyi, Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.

Konfransın açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, universitetin şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər. Səfir Həsən Həsənov çıxışında Azərbaycan-Polşa əlaqələrinin tarixindən ətraflı danışıb.

Açılışda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər: “Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan “26-lar”ın tarixini saxtalaşdırıb. O, bildirirdi ki, guya Hindistanın Milli Arxivində olub və Şaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyan və oğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.

Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa universitetlə Tarix İnstitutu arasında elmi əlaqələrin inkişafına görə Yaqub Mahmudova təşəkkür məktubu təqdim edib.

Beynəlxalq konfransda Tarix İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov “Azərbaycanlıların Ermənistan SSR ərazilərindən – tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katib İradə Əliyeva “Şimal-Qərbi Azərbaycanda Çar Rusiyasının zorakı dini siyasəti” adlı məruzələrlə çıxış ediblər. Bundan başqa, polyak alimlərinin “Xocalı soyqırımına dünyanın reaksiyası”, “Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkoya həsr edilən xatirə lövhəsini ziyarət ediblər.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi
Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!
Təhlükəsizlik qüvvələri güneyli fəalların evlərinə hücum edərək onları saxlayıb – Təbrizdə
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib
Bakıda dəhşətli qəza: 4 nəfər öldü
Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?
Gələn ilin büdcəsi yenidən müzakirə olunur