Qarabag Media
Haqqımızda Əlaqə

Fazil Mustafa: "Bu üzüqara qaloş bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir"


Tarix:11-06-2019, 17:49 Kateqoriya:Manşet / Cəmiyyət

Fazil Mustafa: "Bu üzüqara qaloş bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir"

"Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər"

Karabakhmedia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Goranboy rayonunda peyda olmuş “qaloş piri” haqqında danışarkən deyib.

"Səhifələrə diqqət yetirin, bütün qumcuqlar, əksər şahçılar, xürrəmçilər həm də qaloşun qatı müdafiəçiləri kimi özlərini cırıb-dağıdırlar. Şəklimi paylaşıb, "bizim qaloşumuza toxunma!" deyirlər. Bu həm də "bizim ənənəvi İslam inancımızın bir simvolikasıdır" deyirlər. Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər. Qaloş- başı olmayanların simvoludur, bu yalnız bizdə deyil ki, xaraba qalmış Şərqin qumsallıqlarında da əsrlərdir belədir. Bu sonuncu üzüqara qaloş elə-belə yerdən çıxmayıb e, bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan "Vətən dili" dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı. İlk dərsliyimizi, Vətən dilimizi rus əsilli fiziki şikəstliyi olan Aleksanr Osipoviç Çernyayevski yazdı və Qori Müəllimlər seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxudu. Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, kim yazacaq "Vətən dili" dərsliyimizi? Bu qaloş simvolok anlamda Vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir, dərslik yaza bilməsək də cəhalətə, xurafata, nadanlığa qarşı Vətən dilində dirənişimiz ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. Müqəddəs yer boş qalmır məsəli..."

Karabakhmedia.az

_____________________________________________________________________________________________________











SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO