Qarabag Media
Haqqımızda Əlaqə

Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşüb


Tarix:11-06-2019, 13:29 Kateqoriya:Manşet / Siyasət

Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşüb

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ilə görüşüb.

MM-dən verilən məlumata görə, spiker belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirib.

Qeyd edilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaq.

Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.

ATƏT PA-nın sədri Georgi Tsereteli Bakıya səfərindən və növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu bildirib. O qeyd edib ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.

Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söyləyib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqladı.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova iştirak edib.

Karabakhmedia.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür
İranın Ali Dini Lideri: "Biz atom bombası istehsal edə bilərik..."
Moskvada baltalanan naxçıvanlı iş adamı öldü
Azərbaycanlı şahmatçı DÜNYA ÇEMPİONU OLDU
Türkiyədən ABŞ-a: "Artıqlaması ilə cavab verəcəyik!"
Nazir yeni baş həkim təyin etdi - ƏMR
Putin Paşinyanla telefonla danışdı