Qarabag Media
Haqqımızda Əlaqə

İslandiyada Türkiyə millisinə böyük hörmətsizlik, işə Çavuşoğlu qarışdı - VİDEO


Tarix:10-06-2019, 12:34 Kateqoriya:Manşet / İdman

İslandiyada Türkiyə millisinə böyük hörmətsizlik, işə Çavuşoğlu qarışdı - VİDEO

Xarici İşlər naziri “Türk millətinin hörmətsizliyə cavab veriləcəyinə şübhəsi olmasın” deyib

2020-ci il Avropa Çempionatının seçmə mərhələsinin "H" Qrupunda mübarizə aparan Türkiyə millisi iyunun 11-də İslandiya ilə baş tutacaq qarşılaşma üçün bu ölkəyə səfər gedib. "Karabakhmedia.az" "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Türkiyə millisi İslandiyanın "Keflavik" hava limanına enən kimi böyük hörmətsizliklə qarşılaşıb.

Belə ki, Türkiyə milli komandasının bütün üzvləri İslandiya rəhbərliyi tərəfindən 2 saat pasport yoxlamasından keçirilib. Bundan əlavə, futbolçuların şəxsi əşyaları da detallı yoxlamadan keçirilib.

Türkiyəli futbolçular Əmrə Bələzoğlu və Burak Yılmaz hava limanın çıxışında baş verənlərə reaksiya verib.

"Etdikləri hörmətsizlik, tərbiyəsizlikdir. Üç saat orada gözlədildik. Hamının çantasını aldılar, yoxladılar. Təkrar- təkrar yoxlamadan keçirirlər. Biz 6.5 saatdır təyyarə ilə bura gəldik, 3 saatdır da gözləyirik" - deyə Burak Yılmaz qeyd edib.

Milli komandanın kapitanı Əmrə Bələzoğlu isə hadisə ilə bağlı bir şey demək istəmədiyini bildirib: "Bizim ölkəmizə qurban olsunlar. Təəssüflər olsun ki, təyyarədən endiyimiz andan etibarən içəridə lazımsız yoxlamalar apardılar".

Bu arada islandiyalı azarkeş Əmrə Bələzoğlu açıqlama verərkən mikrofon kimi ona tərəf tualet fırçasını uzadıb. Daha sonra isə oradan uzaqlaşıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da məsələyə reaksiyası çox sərt olub.

​"Milli komandamızın İslandiya hava limanında məruz qaldığı bu cür davranış yolverilməzdir. Lazım olanı edəcəyimizə millətin şübhəsi olmasın", - deyə Çavuşoğlu "Twitter"-də yazıb.

Karabakhmedia.az

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"