Qarabag Media
Haqqımızda Əlaqə

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA


Tarix:9-06-2019, 01:16 Kateqoriya:Manşet / Araşdırma

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMAAğcabədi bölgəsində Salmanbəyli adlı kənd var. 1930-cu ilə qədər IV Barak adını daşıyıb. Əhalisi Qarabağın qeyrətli ellərindən olan kəbirlilərdir. Kəbirli elinin bir çox oymaq və obaları kolxoz quruluşuna qədər yaylaq-qışlaq güzəranı sürüblər. Kolxoz quruluşu dönəmində Qarabağ və Mil düzlərində, köhnə qışlaqlarında oturaq olublar. Bəziləri öz oba adları ilə, bəziləri isə sovet quruluşunun təşkil etdikləri barak sıraları ilə.

Azərbaycan müstəqilliyini qazanandan sonra sovet və partiya xadimlərinin adlarını daşıyan məntəqə adları dəyişildi. Salmanbəyli adına isə toxunulmadı. Səbəbi isə sadədir. Heç kim onu tanımır. Ağcabədi və Salmanbəyli kəndində bir araşdırma apardım. Kimliyini sordum. Çoxu onun Ağabəyli, Cəfərbəyli, Nəcəfqulubəyli, İmamqulubəyli kimi Kəbirli, Qaradolaq, Sarıcalı bəylərindən olduğunu söylədilər. Deyil əzizlərim. Tanış olun: Salman bəy Əlibəyov.

Salman bəy Mahmud bəy oğlu 1877-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Sonra Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasına qəbul оlmuşdu. İnqilabi əhval-ruhiyyəsinə görə seminariyadan çıxarılmışdı. Kənd məktəblərinə müəllim düzəlmişdi. Bir müddət Həmidə bəyim Cavanşirin yanında, Kəhrizli kəndində dərs demişdi. Müəllimliklə yanaşı vəkillik fəaliyyəti ilə də məşğul olmuşdu. 1905-ci ildə Cavanşir qəzasında kəndli hərəkatına başçılıq etmişdi.

Salman bəy Əlibəyov 1917-1919-cu illərdə qızğın inqilabi fəaliyyət göstərmişdi.

Sovet və partiya arxiv materiallarında yazılır: " Qarabağ rayonlarında, xüsusilə Bərdə, Ağdam, Ağcabədi, Şuşa və başqa yerlərdə XX əsrin əvvəllərində kəndlilərin artmaqda olan inqilabi hərəkatına başçılıq edənlərdən biri də Salman Əlibəyov idi. O, AXC hökumət orqanlarının rüşvətxorluğunu, bəylərin, xanların və onların mənafeyini müdafiə edən türk işğalçılarının cinayətlərini qorxmaz inqilabçıya məxsus bir cəsarətlə ifşa edirdi. XX əsrin əvvəllərindən inqilabı mübarizə yoluna qədəm qoyan Salman Əlibəyov 1917-1918-ci illərdə silahlı kəndli dəstələri ilə bir neçə dəfə mülkədarlara və türk müdaxiçilərinə qarşı çıxış etmişdir. Müsavat hökuməti, bəy və xanlar Salman Əlibəyova ən qorxulu vasitələrə əl atırdılar. 1918-ci ilin yazında S. Əlibəyov müsavatçılar tərəfindən tutularaq Şuşa həbsxanasına salınır. Burada yeddi aydan artıq yatdıqdan sonra o, həmin il dekabrın 13-də Şuşa erməni zəhmətkeşlərinin köməyi ilə həbsxanadan qaçmağa müvəffəq olur".

Azərbaycan Xalq Cümhuriyyətinə məxsus arxiv materiallarında isə qeyd olunur: Şuşa qəza rəisi 1919-cu il yanvarın 28-də Gəncə qubernatoruna göndərdiyi raportda yazırdı: “1918-ci il dekabrın 15-də göndərdiyim teleqrama və dekabrın 16-da göndərdiyim 830 nömrəli raporta əlavə olaraq Zati-alinizə bildirirəm ki, Şuşa nahiyəsi üzrə müstəntiqin kamerasından ermənilər tərəfindən azad edilən Şuşa sakini Salman bəy Əlibəyov Şuşanın erməni hissəsində yaşayır. Ermənilər onu saxlayırlar. S. Əlibəyov erməni hissəsində açıqca bazara gedir. O, Azərbaycanda heç bir hakimiyyəti tanımır. Camaat içərisində hökuməti ələ salır, deyir ki, bu nə hökumətdir, saxtadır, kim onu yaradıb və s. Şuşada olan ingilis missiyasından dəfələrlə xahiş etmişəm ki, Əlibəyovun tutulmasına kömək etsinlər. Lakin onlar mənim xahişimə laqeyd münasibət bəsləyirlər. Zati-alinizdən xahiş edirəm ki, bu barədə general Tomsonun nəzərinə çatdırasınız, qoy o, hökumətə tabe olmamaq üstdə provakasiya törədən belə bir böyük dövlət canisini həbs etmək haqqında missiyaya göstəriç versin. Avam camaat belə bir fitnəkarın sözlərinə inanaraq, polisin tələblərini ödəməkdən imtina edir, yavaş –yavaş hökuməti də tanımırlar” .

Daha bir sənəd: Gəncə qubernatoru İbrahim ağa Vəkilovun məktubunda deyilirdi: "Salman bəy Əlibəyov deyilən – məşhur Şaumyanın, vaxtilə ondan dolanışıq xərci alan sağ əli Fərrux bəy Vəzirovun malikanəsini talan etmək ittihamı ilə həbs olunmuşdu. Salman bəy digər soyğunçularla birlikdə həbs edilmişdi və onlarla Şuşa həbsxanasında yatırdı. Erməni dostlarının razılığı ilə Salman bəy müstəntiq tərəfindən Şuşa şəhərinin erməni hissəsinə çağrılmış, burada onu müşayiət edən konvoy tərksilah edilmiş, Salman bəy isə azadlığa buraxılmışdır. Ermənilər onun üçün siyahı ilə pul toplamış və o, ermənilərin himayəsi altında Şuşada yaşayır. Həmin Salman bəy bu günlərdə ingilis zabitlərinin yanında olmuş, onlar ona demişlər ki, onun həbsinə heç kim cəsarət edə bilməz. Qubernator İbrahim ağa Vəkilov”

Sovet və partiya arxiv materiallarında yazılır: "S. Əlibəyov həbsxanadan qaçdıqdan sonra yenidən kəndlilərin silahlı dəstələrinə başçılıq edir. O, Gəncə qəzası üsyançı dəstəsinin başçısı Qatır Məmmədlə əlaqəyə girərək, Gəncənin və Qarabağın üsyançı kəndli dəstələri arasında əlaqə yaratmağa çalışırdı.
Qaraguruhçu bəylər bu alovlu inqilabçıdan qəti intiqam almaq qərarına gəldilər. 1919-cu ilin payızında Salman Əlibəyov gecə öz evinə gedərkən Sarıcalı bəyləri tərəfindən xaincəsinə öldürüldü".

Salman bəy Əlibəyov Quzanlı və Sarıcalı kəndlərinin mülkədarları olan sarıcalinskilər tərəfindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ermənilərlə əlaqəsini kəsmədi. Sonda günün günorta çağı H. bəy Sarıcalinski "Mauzer" tipli tapança ilə onu güllələdi. Onun haqqında Tiflisdəki daşnak mətbuatı da nekroloq vermişdi...

Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib