Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan XİN: Həmsədrlər Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də görüşüb


Tarix:8-06-2019, 00:51 Kateqoriya:Manşet / Siyasət

Azərbaycan XİN: Həmsədrlər Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də görüşüb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, son günlər bəzi KİV nümayəndələri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşünə dair bəzi mülahizələrlə çıxış edirlər. Bununla bağlı qeyd etmək istərdik ki, bu, belə formatda keçirilmiş ilk görüş deyil. Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər. Burada təəccüblü heç bir şey yoxdur; bu, həmsədrlərin mandatının bir hissəsini təşkil edir. Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: “Həm-sədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏM qərarları, o cümlədən 1992-ci il 24 mart Nazirlər Şurası qərarı və Budapeşt zirvə görüşü qərarları, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar”. Həmsədrlərin bu ilin 9 mart tarixində verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə Yerevan və Bakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd edilib.

Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib. Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında aparılır və bu yanaşma Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.

Sonda, danışıqlar masasında hansı məsələlərin müzakirə edildiyini sorğu edənlərə çox sadə cavab verərək onları Minsk Qrupu həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmağa çağırırıq. O zaman bütün möhtəkirliyə son qoyulacaq.

Karabakhmedia.az

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"