Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli


Tarix:5-06-2019, 23:46 Kateqoriya:Manşet / Araşdırma

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

1933-cü ilin yanvarında Bakıda Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirilir. Bu simvolik cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayıla bilər - Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi.

Əgər Bakıda bu cür hadisə baş vermişdisə, Azərbaycanın ucqar kəndlərində çadranı atmaq hərəkatının hansı ciddi maneələr, hədələr, hətta cəza və ölümlə qarşılandığından danışmağa artıq etiyac qalmır. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilir. Minlərlə qadın dəfn mərasiminə qatılır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirir və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içirdilər.

Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın (onu “Neft komandiri” də adlandırırdılar) qızı Rəbiyyə Sultanzadə xatırlayır: “Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də”.

Yenə də Rəbiyyə xanımın xatirələrində anası Füruzə xanımın çadranı hansı şəraitdə tulladığının nəqlinə rast gəlirik: Bu hadisə 1922-ci ilin 15 mayında baş verir. Həmin gün Bakıda partiya üzvü olmayan qadınların I qurultayı işinə başlayır və 17 yaşlı Füruzə də onun iştirakçılarından biri olur.

Rəbiyyə xanım danışır: “İri qara gözləri olan yaraşıqlı qızı görən Azərbaycan Kommunist partiyasının o vaxtkı birinci katibi Sergey Kirov onu səhnəyə çağırır və başından çadrasını açmağı təklif edir. Görünür, presedent yaratmaq niyyəti ilə Kirov çadranı tikə-tikə edir və zala doğru atır. Özünü itirdiyindən qıpqırmızı olan anam utancaq halda səhnənin ortasında dayanır və təcrübəli Ayna Sultanova ona yaxınlaşıb deyir: “Bu cür yaraşıqlı sifəti çadranın altında gizlətmək olmaz”. Zaldakı eyforiya ötüb keçir, qadınlar dağılışırlar, anam isə yerə oturub ağlayır: “Mən çadrasız Balaxanıya necə gedəcəm?” Belə olanda, rəyasət kürsüsünün üzərindəki qırmızı qumaşı çıxarıb Füruzəyə verirlər. Doğrudan da, o vaxtlar Balaxanı küçələri ilə çadrasız yerimək mümkün deyildi...”

***

Respublikada azərbaycanlı qadınların özlərinin təşəbbüsü ilə çadranı atmaq uğrunda 1920-ci illərin əvvəllərində başlayan və getdikcə genişlənən hərəkatını əhalinin qabaqcıl hissəsi müdafiə edir. 1928-ci ilin oktyabrında toxucuların konfransında çıxış edən nümayəndə - Gülcə Nadir qızı deyir: “Mən çoxdan çadranı atmaq istəyirdim, ancaq qorxurdum. Mən bunu bütün həyatım boyu arzulamışam, ancaq indi qərara almışam, and içirəm, bir daha onu geyməyəcəyəm”.

Bu şəraitdə Cəfər Cabbarlının "Sevil" əsəri də az iş görmür, onun tamaşası teatrların repertuarından düşmür, əsər əsasında 1931-ci ildə bədii film də çəkilir. 1928-ci ilin oktyabrında Bakıda çadra məsələsinə həsr edilən yığıncaqda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsindən (MİK) xahiş edilir ki, qadınların çadra örtməsini qadağan edən dekret versin. Düzdür, bu cür dekret verilmir və çadraya qarşı direktiv, administrativ üsullarla mübarizənin əks-effektlə nəticələnə biləcəyi ehtimalının yüksəkliyini nəzərə alsaq, dekretin reallaşmamasını o dövr hakimiyyətinin düzgün addımı saymaq olar.

Ümumilikdə respublikada çadra əleyhinə aparılan mübarizə nəticəsində artıq 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə 20387 nəfər qadın çadradan imtina edir. Sonrakı illərdə bu rəqəm durmadan böyüyür.

“Bakinskiy raboçiy” qəzetinin 2 noyabr 1928-ci il tarixli nömrəsində Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin qadınlara müraciəti dərc olunur. Müraciətdə deyilirdi:

“Azərbaycan qadını tamamilə azadlığın astanasındadır. Ölkənin hər bucağından gələn və çadra gəzdirməyi qadağan edən dekretin verilməsi xahiş olunan nəhəng dalğa əsrlərin qaranlığının, şəriət fanatizminin və məişət ukladında qalan vəhşilik qalıqlarının köləyə çevirdiyi azəri qadınının qara çuvala qarşı mübarizədə yüksək fəallığından xəbər verir.

AKP Mərkəzi Komitəsi bütün yerli təşkilatlarına çağırış edərək partiya və komsomol üzvlərinin hamısının həyat yoldaşlarının, qızlarının və bacılarının çadralarını atmasını tələb edir... Bu hərəkatdan geridə qalan kommunistlər və komsomolçular İnqilabın fərarilərinə tay tutulacaq və kommunizm uğrunda mübariz adlandırılmağa layiq sayılmayacaqlar”.

***

Səriyyə Xəlilovanın xatirəsi isə cəmisi 1 il sonra “İsmət” (digər adı - “Adətin məhvi”) bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilir.

Filmin rejissoru 31 yaşlı Mikayıl Mikayılov (1903-1986) Azərbaycanın ilk rejissorlarından biridir. O, hələ 1930-cu ildə “Lətif” bədii filmini çəkib.

“İsmət” filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır.

Rejissor Mikayıl Mikayılov xatirələrində yazırdı: “ 1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadınlar klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi...”

Filmin böyük təbliğati rolunu unutmamaq gərəkdir: Təyyarəçi İsmətin nümunəsində minlərlə qadın öz keçmişindən ayrılıb cəmiyyətin fəal üzvünə çevrilir. “U-2” markalı təyyarəsində Azərbaycanın ən ucqar rayonlarına gələn Leyla Məmmədbəyova da çox vaxt özü ilə “İsmət” filmini aparır, kənd camaatı arasında aviasiyanı, təyyarəçi peşəsini təbliğ edirdi.

Filmdə əsas rollardan İsmət rolunu Yuka Mixelson, Səməd rolunu isə Xeyri Əzimzadə (1893-1958) oynayırdı.

***

İsmətin prototipi olan Leyla Məmmədbəyova (1909-1989) nəinki Azərbaycanda və Qafqazda, həm də Yaxın Şərqdə ilk qadın təyyarəçidir. O, Bakıda dünyaya göz açır, sənət təhsilini də yerli aeroklubda alır. 1931-ci ildə ilk uçuşunu yerinə yetirir. Sonra təhsilini Moskvada davam etdirir və 1933-cü ilin 17 martında Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə tullanaraq Nina Kamnevadan (1916-1973) sonra SSRİ-nin ikinci qadın paraşütçüsü olur. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirir. Böyük Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmaq istəyir, ancaq yetkinlik yaşına çatmamış 4 uşaq anası olduğundan, mayor Məmmədbəyovanın bu xahişinin yerinə yetirilməsindən imtina edilir.

O, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Təyyarəçi karyerasını 1949-ci ildə son uçuş ilə başa çatdırır. Böyük oğlu Firudin İkinci Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağ cəbhəsində vuruşur...

Məmməd Süleymanov

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”