Qarabag Media
Haqqımızda Əlaqə

"Hirslənmə bəy, doğru söz acı olar" — Ekrandan “həyata köçən” replikalar


Tarix:5-06-2019, 01:04 Kateqoriya:Manşet / Cəmiyyət

"Hirslənmə bəy, doğru söz acı olar" — Ekrandan “həyata köçən” replikalar

Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir. Onların tam olmayan siyahısını oxuculara təqdim edirik:

— Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

— Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”)

— Murada noolub? (“Uşaqlığın son gecəsi”)

— Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”)

— Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)

— Əhmədin anası ölməyib hələ. (“Əhməd haradadır?”)

— Oğlumu axtarırdım, dostumu tapdım. (“Əhməd haradadır?”)

— Bağışlayın, sizin Əlibababa adında əriniz olub? (“Əhməd haradadır?”)

— Aparatda Zülümovdur. (“Əhməd haradadır?”)

— Bura bax, bura bax, mənimlə söz güləşdirmə, yoldaş Mərdanzadənin əmridir! (“Əhməd haradadır?”)

— Yusif partladı! (“Bəxtiyar”)

— Başa düşmək üçün adamda baş lazımdı! (“Yol əhvalatı”)

— Uşaqlar da deyir ki, atamız işə gedib. (“Bəyin oğurlanması”)

— Nə var e, Ələsgər, Ələsgər! (“Bəyin oğurlanması”)

— Sən gecələr yat, ay Qurban. (“Tütək səsi”)

— Toyuqsan, get gir hininə də! (“Yol əhvalatı”)

— Söhbət yarım kilo sosiskada deyil, adam gərik «vinimatelni» olsun! (“Uşaqlığın son gecəsi”)

— Sizi bura yığmaqda məqsədim odu ki, sizdən adam olmayıb, olmayacaq! (“Yol əhvalatı”)

— Urus, bu toyuq, bu yumurtanı doğub… (“Dəli Kür”)

— Dədə Qorqudu görmüsən bəyəm? (“Fransız”)

— Sənə əjdaha lazımdı? (“Bəyin oğurlanması”)

— Mümkün deyil e, mən onun anasını sevirəm. (“Bəyin oğurlanması”)

— Sən söhbətində ol, “”Brodyaqa”. (“Bəyin oğurlanması”)

— Sən öləsən, bir itin zibilinə keçmişik. (“Yol əhvalatı”)

— Pis oynamırlar, bir az emosiya azdı (“Bəyin oğurlanması”)

— Hirslənmə bəy, doğru söz acı olar. (“Yeddi oğul istərəm”)

— Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, səndən adam olacaq. (“Bizim Cəbiş müəllim”)

— Nədi, adım xoşuna gəlmir? (“Bizim Cəbiş müəllim”)

— Mən cüllüt deyiləm, Laləyəm” (“Telefonçu qız”)

— Deyirlər urusetdəkilərin hamısının gözü yaşıldı. (“Bizim Cəbiş müəllim”)

— Başa düşmürəm, mənim arvadımla ayda bir dəfə bazara çıxmağa ixtiyarım yoxdu? (“Bizim Cəbiş müəllim”)

— Rəhmətliyin oğlu, burda neyləyərlər? (“Bizim Cəbiş müəllim”)

— Odu ey taksi, min, get! (“Əhməd haradadır”)

— Gor qazıram, dədə (“Dədə Qorqud”)

— Qurban olum Şura hökumətinə, Kərbəlanın heyfini Niqalaydan yaman aldı ha! (“Axırıncı aşırım”)

— Komsomolun canı it canıdır (“Yeddi oğul istərəm”)

— Bah, qorxdum, ayə, üstümə İrasim gəler. (“Bəxt üzüyü”)

— O quş deyil e, xalis qarğadır. (“Qaynana”)

— Adsız, dəyirmanda xoruz oler. (“Bəxt üzüyü”)

— Biz şərab içirik, sən xalq qanını… (“Bəxt üzüyü”)

— Neylədin, alə, arağın tapılmayan vaxtı… (“Bəxt üzyü”)

— Tələsmə, Zaur!.. (“Təhminə”)

— Mirzə Səfər, papağını da götür, çıx get burdan. (“Papaq”)

— Gələrsən kantora, danışarıq. (“Papaq”)

— İgid, mənə murad ver. (“Dədə Qorqud)

— Topumuz, topxanamız olmasa da, namuz-qeyrətimiz var, bəy, dözərik! (“Axrıncı aşırım”)

— “Neftçinin udan günü var ki?” (“Yol əhvalatı”)

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB