Qarabag Media
Haqqımızda Əlaqə

Akademik Çingiz Qacarın 90 yaşı tamam olur


Tarix:4-06-2019, 14:54 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Akademik Çingiz Qacarın 90 yaşı tamam olur

İyunun 6-da görkəmli fizikaçı alim, Dövlət Mükafatı və "Şöhrət" ordeni laureatı, Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın 90 yaşı tamam olur.

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. O, 1953-cü ildə Leninqrad Politexnik Universitetinin (indiki Sankt Peterburq Texniki Universiteti) texniki fizika sahəsində Mühəndis - tədqiqatçı fakültəsini bitirib. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb.

Alim elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaradıb, oraya ən istedadlı alimləri toplayıb. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç.Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.

Ç.Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.

Alim ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib. İkiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonansların tədqiqi molekulların dövri keçidinin düzgün indentifikasiyasına nəzarət etməyə və nəzəri baxımdan qabaqcadan xəbər verilmiş və molekulların dövri spektr-sıralarında ilk dəfə aşkarlanan qadağa olunmuş keçidlərin axtarışlarını aparmağa imkan verir. Tədqiqatların nəticələri əsasında santimetrdən submillimetrə qədər dalğa uzunluğuna aid olan biratomlu spirtlərin dövri spektrlərinin təfsilatlı kataloqları tərtib edilib. Bu kataloqlar biratomlu spirtlərin araşdırılması zamanı atmosferin və ulduzlararası fəzanın zondlaşdırılmasında əvəzsizdir. Amerikalı alimlər Yerdən 26 min işıq ili aralı olan Oxatan B2 (Sagittarius B2, Sgr B2) bürcünün qaz-toz buludunda laboratoriya şəraitində identifikasiya edilmiş mikrodalğalı fırlanma keçidlərinin tezliklərini araşdırarkən böyük miqdarda (milliardla litrlər) etil spirtini bulud şəklində aşkar ediblər.

Yüksək səviyyəli işlərinin nəticəsinə, molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə, Ç.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına və SSR EA-nın S.İ.Vavilov adına mükafatı ilə təltif olunub. Həmçinin 1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.

O, 1980-ci ildən AMEA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvüdür. Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.

Akademik 200-ə yaxın elmi məqalənin, 50 müəlliflik şəhadətnaməsi və patentin, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində 10 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi altında 24 fəlsəfə, 8 elmlər doktoru hazırlanıb.

Görkəmli fizikaçı alimi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB