Qarabag Media
Haqqımızda Əlaqə

"ABŞ yeni dünya quruluşu yaratmaq istəyir" - Lavrov


Tarix:4-06-2019, 13:51 Kateqoriya:Manşet / Dünya

"ABŞ yeni dünya quruluşu yaratmaq istəyir" - Lavrov

ABŞ “kim güclüdür, o haqlıdır” prinsipi əsasında yeni dünya quruluşu yaratmaq istəyir.

Karabakhmedia.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri bildirib ki, bu gün keçmişi təhrif edən Qərb siyasətçiləri və təbliğatçıları ictimaiyyəti İkinci Dünya müharibəsinin sonunda BMT-nin nizamnaməsində təsdiqlənmiş dünya nizamının ədalətinə şübhə etməyə məcbur edirlər. Mövcud olan beynəlxalq-hüquq sisteminin çökdürülməsinə, onun hansısa "qaydalara əsaslanan quruluşla" əvəz edilməsinə istiqamət götürülüb.

Lavrov qeyd edib ki, “cəngəllik qanunu” əsasında “kim güclüdür, o haqlıdır” prinsipi ilə dünya yaratmağa çalışırlar.

"Bu, hər şeydən əvvəl ABŞ-a və XX əsr tarixinin amerikansayağı dərk edilməsinə aiddir. Orada hələ də “iki yaxşı müharibə” təsəvvürü yayılır. Nəticədə Amerika Qərbi Avropada və dünyanın digər bölgələrində hərbi üstünlüyünü təmin etdi, öz gücünə inamı artırdı, iqtisadi sıçrayış yaşadı və dünya liderinə çevrildi".

XİN rəhrbəri ABŞ-ın "Militarist Rusiya" imicini həvəslə yaratdığına diqqət çəkib: "Onların tarixinin böyük bir hissəsi işğalçı müharibələrin nümunəsidir. 243 ildir "Amerika müstəsna"lığı, müdaxiləçilik Vaşinqtonun xarici siyasətinin tərkib hissəsidir. ABŞ gücdən istifadə edilməsini daxili siyasi məsələlər də daxil olmaqla, bir çox məsələləri həll etməli olan "məcburedici diplomatiyanın" təbii elementi kimi qəbul edir”./Azvision.az/

Şahanə Rəhimli

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB