Qarabag Media
Haqqımızda Əlaqə

"Erməni snayperin atəşi danışıqlar prosesinə zərbə vurub" – Elmar Məmmədyarov


Tarix:3-06-2019, 22:22 Kateqoriya:Manşet / Siyasət

"Erməni snayperin atəşi danışıqlar prosesinə zərbə vurub" – Elmar MəmmədyarovXarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib.

Daha sonra nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib.

Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.

Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Karabakhmedia.az

______________________________________________________________________________________________-










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib