Qarabag Media
Haqqımızda Əlaqə

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı


Tarix:3-06-2019, 13:22 Kateqoriya:Manşet / Tarix

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

İran şairi Əbülqasim Firdovsi. Firdovsi deyiləndə ağıla ilk gələn “Şahnamə” əsəri olur. “Şahnamə” İran ədəbiyyatının şah əsəri sayılır. Şairin məzarı qədim Tus şəhərinin ərazisində olan bu bağda yerləşir.

Tarixin, Şərqin böyük dövlətlərini türk sülalələri, türk hökmdarları idarə etdiyi dövrü idi. Türk dövləti olan Qəznəvilər dövlətini ilk dəfə "sultan" titulu alan Mahmud Qəznəvi idarə edirdi. Dövlətin ordu dili türk dili olsa da, saray və ədəbiyyat dili isə fars və ərəb dili idi.

Fars dilinə üstünlük verən Sultan Mahmud, eyni zamanda fars dilini ərəb dili yerinə rəsmi divan dili seçir.

Əbülqasim Firdovsi 932-936-cı illər arasında Xorasanda Tus şəhərinin yaxınlığında dehqan ailəsində anadan olub. Gənclik illərindən məlumat olmayan Firdovsinin yaxşı təhsil aldığı bildirilir. Şair kimi formalaşan Firdovsi Sultan Mahmudun sarayına düşə bilir.

Tarixi mənbələrdə deyilir ki, Qəznəvilər imperiyasının xaqanı Mahmud Qəznəvi şairlərə və bilginlərə çox böyük sayğı göstərərdi. Hər il onlara toplam 400 mindən artıq altun axça verərdi.

Firdovsi və Sultan Mahmudun münasibətləri, "Şahnamə" əsərinin yazılması haqqında olan məlumatların çoxu rəvayətdir. “Şahnamə”nin sultanın sifarişi ilə yazıldığı güman olunur.

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

Firdovsi “Şahnamə”yə ömrünün 30 ilini sərf edir. “Şahnamə” poeması İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir. Bu əsər 60.000 beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Belə rəvayət olunur ki, Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini söz verir. "Şahnamə"ni oxuyan Sultan Mahmud əsəri bəyənmədiyinə görə Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir.

Bu hadisədən sonra Firdovsi sultana həcv yazaraq öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və qocalanadək vətəndən kənarda ömür sürür.

Ömrünün sonlarına yaxın, lap qoca yaşlarında Firdovsi öz elinə, obasına qayıdır. Bu zaman artıq sultan şairin poemasını layiqincə qiymətləndirmişdi və ona külli miqdarda qızıl pul ayırmışdı.

Sultan biləndə ki, Firdovsi vətənə qayıdıb, qızıl pulları dəvələrə yüklədərək şairin yaşadığı şəhərə yollayır. Ancaq…

Sultan Mahmud Qəznəvinin "Şahnamə" üçün Firdovsiyə söz verdiyi qızıllar şəhərin bir darvazasından daxil olarkən Firdovsinin nəşi bağında dəfn olunmaq üçün gördüyünüz darvazadan buraya gətirilir.

1020-ci ildə vəfat edən Firdovsi müsəlman qəbiristanlığında yox, şəxsi bağında dəfn olunur.

Əbülqasim Firdovsinin bu bağda dəfn olunmasının maraqlı tarixçəsi var. Deyilənə görə, dövrünün islam alimləri Firdovsinin İslam qaydalarına uyğun həyat yaşamadığını, İslam qaydalarına uyğun əsər yazmadığını deyirlər. Buna görə də onun müsəlman qəbiristanlığında dəfn edilməsinə qarşı çıxırlar. Bundan sonra qızının məsləhəti ilə Firdovsi bu bağda dəfn olunur.

Firdovsinin müsəlman qəbiristanlığında dəfn olunmasına qarşı çıxılması müxtəlif cür izah olunur. Bu versiyalar “Şahnamə”nin yazılması və hər beytə görə qızıl və ya gümüşün verilməsi məsələsini də izah edir.

Bəzi tarixçilər Firdovsinin “Şahnamə”ni yazandan sonra Sultanın yanına gəldiyini və hökmdarın əsəri oxumadan ona mükafat verməsini yazır. Saraya gələn Firdovsi sultandan kömək istəyir, o isə şairin qiymətləndirilməsini hətta əyanlara tapşırır və ümumiyyətlə əsərdən xəbərdar olmur.

Saraya gələn Firdovsi farsların tərif olunduğu “Şahnamə”yə yalnız Mahmud Xaqana etdiyi mədhi artırır ki, hökmdar ona yaxşı mükafat versin.

Başqa bir versiyada isə Firdovsinin “Şahnamə”ni Sultan Mahmudun fars vəzirinin verdiyi məlumatlar və göstərişlər əsasında yazdığı bildirilir. Firdovsi və həmin vəzirin farsların “Şüubiyə” adı ilə məşhur olan ictimai-siyasi hərəkatının üzvü olduğu, bu səbəbdən də əsərin türklərə və Turana qarşı düşmən münasibətdə yazıldığı vurğulanır. “Şüubiyə” hərəkatı fars irqçiliyini təbliğ edirdi.

Qeyd edək ki, Firdovsi ömrünün sonunda yazdığı “Yusif və Züleyxa” əsərinin başlanğıcında “Şahnamə”ni özündən uydurub yazdığını boynuna alır, orada danışılan nağılları büsbütün yalan hesab edir.

“Bütün o nağıllar (“Şahnamə”dəki nağıllar) yalandır, iki yüz o qədər nağıl bir ovuc torpağa dəyməz”.

“Mən o adları hiylə ilə düşünərək uydurmuşam”.

“Şahnamə”ni yazdığına görə peşman olan Firdovsi qocalıq dövründə kasıb həyat tərzi keçirir. Şairin məzarı bir müddət gizli qalır. Onun dəfn olunduğu yer şairin müasiri olan yazıçının əsərində qeyd olunduğundan məzarı müəyyənləşdirmək mümkün olur və məzar üzərində bu abidə düzəldilir.

Əmir Teymur İranı fəth etdiyi zaman “Şahnamə”də türkləri pisləyən Firdovsinin məzarına gəlir və məzarı ayağıyla vuraraq bu sözləri söyləyir:

“Ey Firdovsi, qalx, qalx da, hər sətrində pislədiyin məğlub türkü indi gör!
Qalx da küfr etdiyin, küçümsədiyin türkü gör!
Qalx, qalx da bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi?
Bağdaddan bu yatdığın yerə qədər fars sağ qoymadım!
Topal ayağımın dəydiyi yerdə ot bitməz oldu…"

Karabakhmedia.az

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək