Qarabag Media
Haqqımızda Əlaqə

Maştağa sakinindən 1 tona yaxın narkotik vasitə götürüldü


Tarix:3-06-2019, 12:07 Kateqoriya:Manşet / Hadisə

Maştağa sakinindən 1 tona yaxın narkotik vasitə götürüldüDaxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Karabakhmedia.az

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək