Qarabag Media
Haqqımızda Əlaqə

“Uşaq ürəkləri Qarabağda döyünür” - Humanitar aksiyaya start verildi


Tarix:1-06-2019, 20:27 Kateqoriya:Manşet / Tibb

“Uşaq ürəkləri Qarabağda döyünür”  - Humanitar aksiyaya start verildi

Rəşad Mahmudov: “3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq”

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə peşəkar kardioloq həkimlərdən ibarət səyyar komanda bu gün Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində və Füzuli rayonunun Horadiz qəsəbəsində növbəti humanitar aksiyaya start verib.

Karabakhmedia.az xəbər verir ki, aksiya çərçivəsində Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müyinəsi həyata keçirilib.

Milli Məclisin deputatı, həkim- kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudovun bildirdiyinə görə, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin qatıldığı aksiya 3 gün davam edəcək.

“Hər zaman olduğu kimi, yenə də dövlətimizin səhiyyə sahəsində Uşaqların Beynəlxalq Müdafiə günününə həsr olunan layihəsi ilə buraya gəlmişik. “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında 20-yə yaxın həkimin iştirakı ilə Dövlət Gömrük Komitəsi Tibb İdarəsinin səyyar tibb maşını bütün avadanlığı ilə birlikdə Cocuq Mərcanlıya və Horadizə yola çıxıb. 3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq. Problemi olan uşaqların da gələcəkdə Bakıdakı böyük tibb mərkəzlərində problemlərinin həlli istiqamətində addımlar atılacaq”, - deyə Rəşad Mahmudov əlavə edib.

Qeyd edək ki, aksiya çərçivəsində, həmçinin, "Uşaq xəstəlikləri diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçirilir.

Karabakhmedia.az

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”