Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ-da peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlı


Tarix:31-05-2019, 23:09 Kateqoriya:Manşet / Cəmiyyət

ABŞ-da peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlıUlu babası Hacı Məhəmməd Rəcəb Bakının Qala kənd məscidinin axundu idi. Dövrünün sayılıb seçilən üləmalarından biri kimi tanınırdı. Kərbəla ziyarəti zamanı vəfat etdiyi üçün orada dəfn olunub. Atası Rafiq Səlimov uzun illər dövlət qulluğunda çalışıb, hazırda təqaüddədir.

Anası İradə xanım isə 2016-cı ildə 58 yaşında olarkən dünyasını dəyişib. Rəhmətlik İradə xanım Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor Mirmahmud Kazımovskinin nəvəsi olub...

Ömür-gün yoldaşı ixtisasca iqtisadçıdır, Hyustonda şəxsi bizneslə məşğul olur. İki övladı vardır. Oğlu Riad 13, qızı Ceyla İradə isə 11 yaşındadırlar…

Haqqında söhbət açdığım Zeynəb xanım Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakultəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. Həmçinin turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib. 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Sonra iki il “Flydubai Airlines” hava yolları şirkətində çalışıb. 2015-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır. 2017-2019-cu illərdə burada kollecdə oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnib…

Deyir ki,- “On yaşımdan bədii yaradıcılıqla məşğul oluram. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. İlk şeirlər kitabım, “Все чувства выплеснуть позвольте” 2001-ci ildə, ikinci kitabım “Я хочу, чтобы длился день” isə 2005-ci ildə Bakıda işıq üzü görüb. Amerikaya gələndən sonra iki romanım həm ABŞ-da və həm də Rusiyada nəşr olunub”…

Onun 2017-ci ildə Amerikada işıq üzü görən “The Garnet Bunches” və 2018-ci ildə ərsəyə gələn “Up to Miracles: A Stone’s Throw from a Fairy Tale” kitabları ABŞ-ın bir sıra mötəbər sərgilərində nümayiş etdirilib. 2018-ci ildə “The Garnet Bunches” kitabına görə “Pacific Book Review” təşkilatı tərəfindən “Peşəkar Star” mükafatına layiq görülüb.
Rusiyada nəşr olunan “Гроздья Граната”, eləcə də “Прямо в чудеса. В двух шагах от сказки” kitabları isə ona bu ölkədə nüfuz gətirib. Və “Bladimir Mayakovski-125” medalı ilə təltif olunub. Bu ilin sentyabr ayında Hyustonda “Гроздья Граната” və “The Garnet Bunches” kitablarının təqdimat mərasimi keçiriləcək...

Hyustonda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin demək olar ki, əksər tədbirlərində fəal iştirak edir. Yoqayla məşğul olmağı, velosiped sürməyi xoşlayır. Klassik ingilis ədəbiyyatını mütaliə etməkdən yorulmur.

Deyir ki,- “Mənim ən böyük amalım, övladlarımı əsl azərbaycanlı kimi böyütməkdir. İstəyirəm ki, onlar həm Amerika cəmiyyətinə qaynayıb qarışa bilsinlər və həm də milli kimliklərini unutmasınlar”...

Mehriban, mədəni, dərin zəkalı, yüksək intelektli bu yaradıcı xanımın böyük uğurları hələ irəlidədir. İnanırıq ki, Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkədə dünya standartlarına uyğun gözəl əsərləri ilə Azərbaycanımıza başucalığı gətirəcəkdir. Axı onun əsərlərində Azərbaycan mədəniyyətinin çalarları açıq-aşkar hiss olunur...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı