Qarabag Media
Haqqımızda Əlaqə

"Çelsi" finalda "Arsenalı" 4:1 udaraq qalib oldu - YENİLƏNİB


Tarix:30-05-2019, 00:05 Kateqoriya:Manşet / İdman

"Çelsi" finalda "Arsenalı" 4:1 udaraq qalib oldu - YENİLƏNİB

Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib.

Karabakhmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gəlib.

Hazırda keçirilən matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edir. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunur.

Bu görüş London təmsilçilərinin 198-ci duelidir. Bunların 76-da "Arsenal", 63-də "Çelsi" qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib.

Hakimlər: Canluka Roki, Filippo Melli, Lorentso Manqanelli, Daniele Orsato (hamısı İtaliya)

***

Avropa Liqasının Bakıda keçirilən finalında ikinci hissə başlayıb.

ONA-nın məlumatına görə, ilk hessədən sonra hesab 0:0-dır.

***

Avropa Liqasının Bakıda keçirilən finalında hesab açılıb.

ONA-nın məlumatına görə, matçın 49-cu dəqiqəsində "Çelsi" fərqlənib.

"Arsenal"ın qapısından qolu Oliviye Jiru keçirib.

***

Avropa Liqasının Bakıda keçirilən finalında hesab dəyişib.

ONA-nın məlumatına görə, görüşün 60-cı dəqiqəsində "Çelsi" rəqibini ikinci dəfə mərkəzə dəvət edib.

"Arsenal"ı ikinci dəfə Pedro Rodriqes cəzalandırıb.

***

Avropa Liqasının Bakıda keçirilən finalında 3-cü qol vurulub.

ONA-nın məlumatına görə, bu dəfə də "Çelsi" fərqlənib.

Eden Azar "Arsenal"ın qapsından növbəti qolu keçirib. O, penaltidən fərqlənib.

***

Avropa Liqasının Bakıda keçirilən finalında hesab dəyişib.

ONA-nın məlumatına görə, "Arsenal" "Çelsi" ilə görüşdə fərqi azaldıb.

"Topçular"ın heyətində Aleks İvobi baxımlı qola imza atıb - 1:3.

***

Avropa Liqasının Bakıda keçirilən finalında 5-ci qol vurulub.

ONA-nın məlumatına görə, "Çelsi" yenidən fərqi 3 topa çatdırıb.

"Arsenal"ı Eden Azar mərkəzə dəvət edib. O, özünün ikinci, komandasının 4-cü qolunu vurub - 4:1.

***

Oyun bu hesabbla da başa çatıb.

Karabakhmedia.az

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"