Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ-da Qarabağ müzakirəsi


Tarix:29-05-2019, 23:48 Kateqoriya:Manşet / Qarabağ

ABŞ-da Qarabağ müzakirəsiBu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində ABŞ Konqresi üzvlərinin köməkçiləri ilə görüş keçirilib.

Karabakhmedia.az xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, bu insanların 30 ilə yaxındır qaçqın və köçkün vəziyyətində yaşaması barədə məlumat verib. O, amerikalı qonaqları slayd vasitəsilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilmiş dini və mədəniyyət abidələrimizin vəziyyəti ilə tanış edib.

T.Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 27 ildən çoxdur ki, yerinə yetirilmir. BMT kimi ali bir qurumun qətnamələrinin icra olunmamasını və münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minski qrupuna daxil olan həmsədr ölkələrin iradə göstərməməsini böyük təəssüf hissi ilə qeyd edən icma rəhbəri bildirib ki, ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar dəfələrlə erməni təcavüzünü pisləyən bəyanatlar və qətnamələr qəbul ediblər. Əfsuslar olsun ki, həmin bəyanatların və qətnamələrin də münaqişənin həllinə müsbət təsiri olmayıb.

Görüşdə icma rəhbəri amerikalı qonaqların suallarını cavablandırıb.

Karabakhmedia.az

___________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"