Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyada 28 may Respublika Günü qeyd edilib - FOTO


Tarix:28-05-2019, 22:46 Kateqoriya:Manşet / Cəmiyyət

Rusiyada 28 may Respublika Günü qeyd edilib - FOTO

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyəti Fondu Moskvanın “Natsional” mehmanxanasında 28 may Respublika Gününü təntənəli şəkildə qeyd edib.

Tədbirdə Rusiyanin müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Moskvanın ictimai-siyasi dairələrinin tanınmış simaları, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu soydaşımız olub.

“Natsional” dünyanın “Lakşiri kolleksiyası brendi”nə daxil olan yeganə Rusiya mehmanxanasıdır. Moskvanın ən prestijli rayonlarından birində yerləşən və pəncərələri Kreml sarayına açılmaqla xüsusu mənzərə yaratmış tarixi məkanda Rusiya Azərbaycanlıları İttifaqı Respublika Gününu qeyd etdi. Tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri, tanınmış telejurnalist Anar Həsənov açdı. Təmsil etdiyi təşkilatın tədbir işttirakçılarına müraciətini oxuyan natiq ADR in Azərbaycan dövlətçiliyi tarixində xidmətlərindən danışdı. O Məmməd Əmin Rəsuluzadənin sədrlik etdiyi Miili Şuranın, Fətəli Xan Xoyskinin baş naziri olduğu hökümətin yarandığı tarixi şərait, Tiflisdən Gəncəyə köçməsi, Bakının daşnak –bolşevik birləşmələrinin işğalından azad edilməsinə tarixi ekskurs etdi. Müasir Azərbaycan Respublikasının erməni təcavüzünə məruz qalması və bu təcavüzə qarşı mübarizədə Rusiya Azərbaycanlılarının da vacib amil olma zərurəti haqda fikirlər də müraciətdə səsləndirildi. Rusiya Azərbaycan münasibətlərinə xüsusi yer ayrılan çıxışda Heydər Əliyev şəxsiyyəti ön plana çəkilmiş oldu. Anar Həsənoov Rusiya və Azərbaycan arasındakı strateji xarakter alan münasibətlərdə görkəmli siyasətçinin rolunu xüsusi olaraq vurğulandı.
Çıxışdan sonra ADR in tarixi haqda videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə məşhur siyasi ekspert İqbal Dürrə, “Rusiya Hərbiçiləri Ailələri İttifaqi” ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik etdilər. Tədbirdə Rusiyanın bir çox millətlərinin təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını dedilər. Gecə iştirakçılarına Azərbaycan xalqının milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri, Qarabağ münaqişəsi haqda dolğun məlumat aşılandı.

Çıxışlar zamanı Rusiya Azərbaycanlıları İttifaqının zəruriliyinə bütün natiqlər toxundu və sayı milyondan çox olan Rusiyanın Azərbaycan icmasına bu təşkilat ətrafında birləşmək çağırışları edildi. Rusiya Azərbaycanlıları İttifaqına müxtəlif millətlərin diaspor rəhbərləri, habelə Rusiyanın bir sıra ictimai birliklərinin təmsilçiləri xatirə hədiyyələri etdiər. Belarus, Qazax, Litva, Moldova, Özbək, Türkiyə xalqlarını Moskvada təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqını Azərbaycan diasporununn maraqlarının müdafiəçisi kimi tanıdıqlarını qeyd edib, əməkdaşlığa hazır olduqlarını ifadə etdilər.

Gecənin qeyri rəsmi hissəsini Azərbaycan və Rusiya musiqi sənətinin tanınmış təmsilçiləri təmin etdi. Həmyerlimiz, tanınmış aparıcı və musiqiçi Solomon Lazareviç, Azərbaycan vokal məktəbinin istedadlı təmsilçisi Ataxan İsmayılov və Rusiyanın “Qolos” telelayihəsinin finalçısı Alla Rid rus və azərbaycan estradasından, habelə Müslim Maqomayev və Rəşid Behbudov repertuarından məşhur hitləri ifa etməklə gecə iştirakçılarına unudulmaz anlar yaşatdılar.

Rusiyada 28 may Respublika Günü qeyd edilib - FOTO

Rusiyada 28 may Respublika Günü qeyd edilib - FOTO

Karabakhmedia.az
________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı