Qarabag Media
Haqqımızda Əlaqə

Beynəlxalq Muğam Mərkəzi Seyid Şuşinskinin 130 illik yubileyini qeyd edəcək


Tarix:27-05-2019, 14:55 Kateqoriya:Manşet / Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi Seyid Şuşinskinin 130 illik yubileyini qeyd edəcək

Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan xanəndəlik məktəbinin bənzərsiz simalarından biri, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirəcək.

Tədbir Prezident İlham Əliyevin görkəmli xanəndənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən reallaşacaq. Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə gerçəkləşəcək yubiley gecəsində Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək.

Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahangah”ı xüsusilə böyük məharətlə oxuyub, özü də həmişə onu “mayə”dən deyil, “Mənsuriyyə”dən başlayıb. Məhz bu ustalıqlarına görə Azərbaycan muğam tarixinin əfsanələrindən olan Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb.
Yubiley tədbiri 29 may saat 19:00-da keçiriləcək. Konsertə giriş sərbəstdir.

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"