Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?


Tarix:24-05-2019, 18:31 Kateqoriya:Manşet / Cəmiyyət

Səfər Soltanov Oleq adlı mərhum rusun birotaqlı evinə necə sahiblənmək istəyir...

Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?

Bakının Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi, ev24, mənzil 42-də yaşayan şəhid zabit ailəsi - Hacıyeva Ayna Cəlal qızı redaksiyamıza müraciət edərək, hüquqlarını müdafiə etməyə və onu hazırda yaşadığı evdən insaf və ədalət tanımadan bayıra atmaq istəyənlərdən qorumağa çağırır. Vətəndaş A. Hacıyevanı incidən kimlərdir və nə üçün bu işlə məşğul olurlar?

Xanım A.Hacıyeva həyat yoldaşı Mehman Hacıyevlə illər əvvəl Rusiyanın Kaluqa şəhərində yaşadıqlarını, həyat yoldaşının hərbçi zabit olduğunu, Qarabağa erməni təcavüzü başlayanda 2 uşaqlarını götürüb Bakıya qayıtdıqlarını, ərinin 1993-cü ilin avqustunda Zəngilan uğrunda gedən döyüşlərdə həlak olduğunu yazır. Şəhid zabit xanımının yazdığına görə, hələ Kaluqada yaşayanda Bakıda onlara ərinin dostu, Oleq adlı bir rus tez-tez gəlib-gedərmiş. “Biz Bakıya qayıtdıqdan sonra da Oleqlə ailəvi dostluğumuz davam edirdi. Mehmanın Vətən uğrunda döyüşlərdə həlak olduğu o ağır günlərdə Oleq daim yanımızda olur, bizə arxa dururdu. 2012-ci ilin avqustunda Oleq özü də qəfil xəstələndi. İki dəfə ailə qurmuşdu. Hər nikahdan bir övladı var. Bir qız, bir oğlan atası idi. Ancaq ağır günlərində ona tək biz baxırdıq. Elə həmin dövrdə rəhmətə getdi və mən onun bütün dəfn işlərini öz üzərimə götürdüm, çünki ailə dostumuz idi...”.

Ayna xanım yazır ki, Oleq rəhmətə gedəndən sonra öz yaşadıqları ev bərbad vəziyyətdə olduğu üçün yığışıb Oleqin evinə köçüblər: “Xeyli pul qoyub evi təmir etdim və birotaqlı ev nisbətən yaşamalı vəziyyətə salındı. Rahatlığımız uzun çəkmədi. Az sonra məlum oldu ki, Bakı şəhəri, 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Yaşar Mahmudov adlı şəxs Oleq Lixoçevin Rusiyada yaşayan oğlu ilə razılaşaraq, Oleqin digər rəsmi nikahdan olan qızından xəbərsiz evi öz yaxın adamlarının adına sənədləşdirib. İndi mənə, heç bir yaşayış yerim olmadığı halda, evdən çıxarmaq üçün təzyiq göstərirlər, özünü evin sahibi kimi təqdim edən Səfər Soltanov adlı şəxs mənə təzyiq göstərmək üçün, əslində, hörmət etmiş rayon məmurlarının – başçının, prokurorun adını heç bir əsas olmadan hallandırır, cürbəcür saytlarda böhtan və şər yazdırırlar. Halbuki, bu məsələnin nə Sabunçu İcra Hakimiyyətinin başçısına, nə də rayon prokuroruna hər hansı aidiyyəti var”.

Ayna xanımın yazdığına görə, Yaşar Mahmudov rəis olanda mövqeyindən sui-istifadə edərək belə qanunsuzluqlara yol verib. Ayna Hacıyeva yazır: “Məni evdən çıxarmaq istəyənlərə deyirəm ki, evin təmirinə 20 min pul xərclədiyim halda, saxta sənədlərlə evə sahiblənmək istəyənlərə niyə güzəştə getməliyəm?” A.Hacıyeva deyir ki, məsələdə başçının, ya prokurorun adını hallandırmaqdansa, məhkəməyə müraciət etsinlər və məhkəmədə hər şeyi aydınlaşdıraq.

Həqiqətən də maraqlıdır ki, evin sahibi olduğunu iddia edən Səfər Soltanov haqlıdırsa, niyə xanımı evdən çıxarmaq üçün məhkəməyə müraciət etmir və qanuni yolla məsələnin həllinə nail olmaq istəmir? Bu sualın dəqiq cavabını da Ayna xanım özü verir: “Məhkəməyə müraciət etməkdən qorxurlar. Çünki Oleqin qanuni nikahdan iki övladı qaldığı halda, onlar Oleqin tək oğlan övladı ilə sövdələşiblər. İndi qorxurlar ki, məhkəməyə müraciət etsələr, Oleqin qız övladı da ortaya çıxaraq onların etdiyi qanunsuzluğu ifşa edəcək və hər hansı sənəd əldə ediblərsə, məhkəmə o sənədi ləğv edəcək”. Bax, burda bəzi şeylər aydınlaşır. Görünən odur ki, Oleqin hər iki övladının vərəsəlik hüququ nəzərə alınmadan evi öz adına sənədləşdirənlər nə həmin sənədləri üzə çıxara, nə də məhkəməyə müraciət edə bilirlər. Qanuni həll yolunda perspektiv görmədikləri üçün şantaj və təzyiq yolu seçir, rayon rəhbərlərinin adını əsassız şəkildə hallandırmaqla Ayna Hacıyevanı evi tərk etməyə məcbur etmək istəyirlər.

Burada məsələnin mənəvi tərəfi də var. Ayna Hacıyeva kimi şəhid ailələrinə dövlət, cənab Prezident bütün vasitələrlə himayə göstərdiyi halda, canını Vətənə fəda etmiş şəhid zabitin həyat yoldaşını köməksiz vəziyyətdə evdən bayıra atmaq heç bir vicdan normasına uyğun gəlmir. Elə buna görə də Ayna Hacıyeva qanunsuzluq və şantajla onu evdən çıxarmaq istəyənlər barədə ölkə Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət etmək fikrində olduğunu yazır. Biz redaksiya olaraq, böyük ictimai və mənəvi əhəmiyyəti olan bu ev mübahisəsini, bir şəhid ailəsinin yaşadığı evdən çıxarılmasını hamının müzakirəsinə təqdim edirik. Bir zabit Vətən yolunda ona görəmi şəhid oldu ki, kimlərsə saxta sənəd və şantajla onun ailəsini yaşadığı evdən çıxarsın?!

Yazıda adları çəkilən digər şəxslərin də mövqeyini dərc edə bilərik. Mövzuya aid olan çoxsaylı sənədin fotolarını da yazıya əlavə edirik./baki-xeber.com/

Namiq QULİYEV

______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”