Qarabag Media
Haqqımızda Əlaqə

"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"


Tarix:24-05-2019, 16:33 Kateqoriya:Manşet / Cəmiyyət

"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"

Son zamanlar ölkə başçısının mədəniyyət xadimlərini fəxri ad və təqaüdlərlə təltif etməsi insanlar tərəfindən alqışla qarşılanıb. Amma bu adlardan iki ziyalımız, hərbi vətənpərvərlik mahnılarının müəllifi Şəmistan Əlizamanlı və əməkdar artist Ağalar Bayramov kənarda qalıb.

Ağalar Bayramov Moderator.az-a açıqlamasında buna görə öz gileyini dilə gətirdi:

“Şəmistan Əlizamanlı mənim dostumdur. Allah ona ilahi səs verib, bəzən bizi dəyişik salırlar. Biz eyni universiteti bitirmişik. Onunla müxtəlif tədbirlərdə olmuşuq və vətənpərvərlik mahnıları səsləndirib. İstanbulda konsertimiz olub. Bu gün yerindən durana fəxri adlar paylayırlar, amma Şəmistan Əlizamanlıyla, Ağalar Bayram yaddan çıxır. Məmməd Arazın bir söz var deyir ki, “Baxsam, döz deyənə, döz deyilənə, ağzımdan qapılar öz halal tikəm, dünya düzəlmir ki, düzəlmir, baba!”. Çox aktual mövzuya toxunmusunuz və bu fəxri ad çoxdan verilməli idi. Mənə 2002-ci ildə mərhum prezidentimiz “Əməkdar artist” fəxri adı verdi və mənimlə paralel Aygün Kazımova, Aygün Bayramova və Firuz Əliyev də bu ada layiq görüldü. Amma bu keçən müddət ərzində onların üçü də “Xalq artisti” fəxri adına layiq görüldü, amma Ağalar yaddan çıxdı. 2014-cü ildə 60 yaşım tamam oldu, susdular. Altmış beş yaşım tamam olanda da eyni vəziyyəti sərgilədilər, amma ölkə mediasında haqqımda kifayət qədər yazı işıqlandırdılar. Fevral ayında şair Ramiz Qusarçaylıyla yubiley gecəm keçirildi. Məni yandıran odur ki, dövlət tədbirlərində saysız-hesabsız çıxış etmişəm, həmişə təşəkkür ediblər. Mədəniyyət naziri özü və müavini minnətdarlıq edib. Amma çox qəribədir ki, ad paylananda mənə ancaq təşəkkür düşüb. Başqalarına isə prezident mükafatı, ev və s. veriblər.

1991-ci ildən Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığının sirlərini öyrədirəm. Bu il aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Nəsimi poeziyası üzrə bədii qiraət müsabiqəsində iki tələbəmdən biri birinci, digəri isə üçüncü yerə layiq görüldü. Məni içimdən ağrıdan odur ki, əlaqədar təşkilatlar niyə belə səhlənkarlıq edirlər. Hər il mayın 30-da Sabir poeziya günləri keçirilir və ora da məni rəhmətlik şair Qabil aparıb. Bu münasibətlə artıq 17 ildir ki, mayın 30-da Şamaxıya gedirəm. Bir neçə il bundan öncə Xaçmazda tədbirdə xalq yazıçısı Anar mənə dedi ki, “Sizdə bu yaddaş hardandı?”. O, biləndə ki, mən xalq artisti adı almamışam məndən xəbərsiz 2017-ci ildə mədəniyyət mazirinə məktub yazdı. Nazirlikdən cavab olaraq bildirildi ki, bu işə baxılacaq. Təsəvvür edin aradan üç il ötür və bu qədər sayqısızlıq olarmı? Şəxsiyyətinə hörmət etdiyim millət vəkili Qənirə Paşayeva mədəniyyət nazirinə mənim haqqımda müraciət edib. Belə bir deyim var ki, “İlham etinzasılıqdan sönər”. Sizə sual verirəm ki, nağara çalan, rep deyən qədər Ağalar olaraq yoxammı? Bir müddət öncə Mədəniyyət Nazirliyinin mədəniyyət şöbəsində İsmayıl adlı müəllim məktub yazıb və bildirir ki, “Hörmətli Ağalar müəllim fəxri ad müstəsna hallarda, xidmətlərə görə verilir. Bir də iş yerindən təqdimat olmalıdır”. Bədii qiraət şairlərin danışan dilidir. Təbii ki, onların elektron poçtuna tutarlı bir məktub yazdım və İsmayıl müəllim buna cavab verə bilməzdi.

Mayın 22-də AYB-nin təşkilatçılığıyla Quba rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə dördüncü Məmməd Araz poeziya günü keçirildi. Tədbirdə millət vəkilimiz Aqil Abbas, İradə xanım Tuncay, şair Ramiz Qusarçaylı və s. dostlar iştirak edirdi. A.Abbas çıxışında dedi ki, “Çox sevinirəm ki, burda şairlərin danışan dili Ağalar Bayramov var”. Orda elə bir çıxış etdim ki, məni diplomla təltif etdilər. Bilmirəm başqa nə etməliyəm ki? Nə qədər muğam, mahnı oxuyan var, amma bədii qiraətlə məşğul olanların sayı azdır. Məsələn mərhum Kazım Ziya, Mikayıl Mirzə, İlham Əsgərov kimi həmkarlarımız rəhmətə gedib. Burda qalıb Əminə Yusifqızı və mən. Əminə xanım da həmişə mənə dəstək olub. Dünyasını dəyişənlərlə bir yerdə heç 8-9 nəfər bədii qiraətçi yoxdu. Məni yandıran başqa şeydir. Şəmistanla Ağalar bir elə-obaya getsə, onların qarşısına çox adam çıxar, yoxsa hansısa dolayı yollarla fəxri ad alanların? Xocalı faciəsi, 20 Yanvar gəlir Ağalar Bayramov efirdədi. Elə bil ki, bu vətənin dərdləri ancaq mənim payıma düşüb. Bu laqeydlik açığını deyim ki, mənə çox pis təsir edir. Şəmistan Əlizamanlı bu fəxri ada layiqlər-layiqidir. O, çox ləyatli, kişiliyini qoruyan adamdır. Biz hara getmişiksə, bizi alqışlarla qarşılayıblar”.

Vasif Əlihüseyn

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”