Qarabag Media
Haqqımızda Əlaqə

Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR


Tarix:24-05-2019, 15:40 Kateqoriya:Manşet / Mədəniyyət

Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.

Karabakhmedia.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi və təşəbbüsü ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Kiyev şəhər meri VitaliKliçko çıxışına mütəfəkkir-şairimizin sitatları ilə başlayıb. O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir”, deyə Kliçko əlavə edib.

Hələ ümumilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bakıda Şevçenko, Kiyevdə Ulu Öndər Heydər Əliyev, Müslüm Maqomayev və indi də İmadəddin Nəsiminin heykəlinin ucaldılması hər iki ölkə arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir”, deyə E.Əzizov əlavə edib.

Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə səfir AzərXudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi bir şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.

İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak etdiklərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Kiyev merinə təşəkkürünü qeyd edən səfir AzərXudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində bir sıra kütləvi tədbirlər keçirilir. Səfirin sözlərinə görə, İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdıracaq.

Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirdi. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb./azvision.az/

Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR

Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR

Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR

Karabakhmedia.az
_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"