Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar


Tarix:24-05-2019, 12:57 Kateqoriya:Manşet / Qarabağ

Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar

Mayın 20-dən etibarən başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır. 4 gün davam edən təlimlərdən düşmən Ermənistan ciddi şəkildə narahat olmağa başlayıb.

Karabakhmedia.az müsavat.com-a istinadən xəbər verir ki, Erməni mətbuatında Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərlər dərc olunmaqdadır. Hətta erməni baş nazir Nikol Paşinyanın hücum planından narahat olduğunu ermənilərin özləri təsdiqləyirlər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Ermənistandakı mövcud durumdan yararlanmasını vacib sayır: "Təlimlər üçün ən əlverişli zamandır. Çünki Ermənistanın özündə qarışıqlıqdır. Paşinyan ”Qarabağ klanı" ilə faktiki savaşa girişib. Açıq deyim ki, biz bu savaşın qızışmasında daha çox maraqlı olmalıyıq. Çünki vaxtilə 90-cı illərdə Azərbaycanda xaos, hakimiyyət boşluğu olanda erməni separatçıları Rusiyadakı bəlli mərkəzlərin dəstəyi ilə torpaqlarımızı işğal etdi.

Eyni situasiya Ermənistan üçün də yarana bilər. Diplomatik və hərbi təzyiqlərimizi artırmalıyıq. Təlimlər də təzyiqin bir növüdür. Fikir verin, Paşinyan insanları məhkəmənin qarşısında yığışmağa çağırmışdı, amma sonradan fikri dəyişdi. Qorxdu ki, təlimlər keçirilir və Azərbaycan bundan istifadə edə bilər. Genişmiqyaslı təlimlərin davamlı olmasının çox ciddi siyasi və hərbi məqsədi var. Biz Ermənistana psixoloji və hərbi təzyiqləri artırmalıyıq. Eyni zamanda təlimlərin sayını da artırmaq lazımdır".

Hərbi icmalçı Ramil Məmmədli bu təlimlərin önəmindən danışıb: "Orduda təlim və məşqlər real döyüşdə qələbənin - uğurun əsasını təşkil edir. Bu, qəbul olunmuş düsturdur. Azərbaycan ordusu da onun qarşısına qoyulan vəzifənin icrası üçün ilbəil təlimlərin sayını artırır. Son illərdə isə ordumuz ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir. Bu təlimlər hərbi birləşmələrin əlaqəli döyüş aparmaq bacarığını daha da təkmilləşdirir və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün başlanacaq hərbi əməliyyatlarda qələbə çalacağımıza ümid verir. O ki qaldı təlimlərin niyə bu günlərdə keçirilməsinə, əlbəttə ki, bununla bağlı konkret fikir söyləmək mümkün deyil. Lakin düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımların hər birində siyasi çalarlar olur. Bu təlimi də biz Ermənistana, onu dəstəkləyən qüvvələrə ismarış kimi də qiymətləndirə bilərik. Yəni bu iri miqyaslı təlimləri təsadüfi kimi qiymətləndirmək də sadəlövhlük olardı”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Azərbaycanın hər an müharibəyə başlamaq hüququnun olduğunu bildirib: "Azərbaycan hər il bu cür təlimlər keçirir. Bunun üçün güclü ordumuz, büdcəmiz və ali baş komandanımızın tətbiq etdiyi plan var. Bu plana uyğun olaraq hər il genişmiqyaslı təlimlər keçiririk. Ermənistan tərəfin narahatlığına gəlincə, Azərbaycanın BMT-nin nizamnaməsinin bəndlərinə uyğun olaraq, hüquqi var ki, torpaqlarını istədiyi vaxt işğaldan azad etsin. Hər bir dövlətin olduğu kimi, Azərbaycanın da suveren hüquqi var. 2016-cı ilin aprel döyüşləri çox şeyi sübut etdi. Hamımız onu gözləyirik ki, əməliyyatlar başlasın. O əməliyyat olarsa, bu dəfə Ermənistan daha ağır zərbə alacaq, ordumuz Qarabağı azad edəcək”.

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”