Qarabag Media
Haqqımızda Əlaqə

SİLAH DALINCA GETMƏSƏYDİ...


Tarix:22-11-2015, 10:46 Kateqoriya:Manşet / Yazarlar

SİLAH DALINCA GETMƏSƏYDİ...

Ötərxan ELTAC
Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.

Kovsəri-tubi imiş cayi-cinari-Qarabağ,
Aləmi-cənnət imiş dari - diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,
Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.

Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.


və yaxud

Ey Nigari, ömrün erişdi payə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.


Oxuduğunuz bu misralar canı, qanıyla ana yurda bağlı olan şair, təsəvvüf alimi Mir Həmzə Seyid Nigarinin qələmindən süzülüb. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi olan Mir Həmzə Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs aldıqdan sonra, mürşid axtarmaq məqsədilə səyahətə çıxıb. Mövlanə Xalid Bağdadi ilə görüşmək üçün Bağdada yola düşən şair, Xarputa çatanda Mövlanə Xalidin vəfat etdiyini öyrənir. Ümidsiz halda oradan Sivasa, sonra Qarabağa dönür. Daha sonra "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə yollanır və Şeyx İsmayılın müridi olur.
İstəkli oxucular, Seyid Nigarinin adını əbəs yerə çəkmədik. Türk mənbələrində Seyid Əmir Paşa kimi tanınan Mir Rüknəddin Əfəndinin oğlu Mir Həmzə Seyid Nigari 1795-ci ildə Laçının Cicimli kəndində dünyaya göz açıb. Elmə, təhsilə olan marağı onu ağır sınaqlarla üzləşdirsə də, qətiyyəti, iradəsi, elmi və savadı ilə çətinliklərə sinə gərib.

Ta o zamandan təsəvvüf ədəbiyyatının ən qabaqcılları Nigari bulağından – Cicim ocağından su içib. Neçə-neçə söz xiridarı, alim, sənətkar, mədəniyyət işçisi bu Cicim ocağından boy atıb. Və neçə-neçə basılmaz oğullar bu torpağın birliyi, bütövlüyü uğrunda sinəsini düşmən gülləsinə sipər edib, qəhrəmanlıq tarixi yazıb... Firuzəddin və Yadigar Cəfərov qardaşları kimi...

Firuzəddin Tapdıq oğlu Cəfərov 1960-cı ildə Laçının Cicimli kəndində doğulub. Uşaqlıqdan sakit, təmkinli və sözübütov kimi tanınan Firuzəddin sözünün sanbalı ilə fərqlənirdi tay-tuşlarından. Futbol, voleybol yarışlarında onun qarşısına çıxan olmazdı. Hansı komandada iştirak etsəydi, oyun qələbəylə başa çatardı. Ovçuluğa isə xüsusi marağı vardı. Gözündən heç nə yayınmaz, quşu dimdiyindən vurardı.

Orta məktəbi bitirəndən sonra, Sovet ordusunda hərb elminin sirlərinə yiyələndi. Bir qədər sonra isə, o, Sumqayıt Pedoqoji Texnikumunun tələbəsi adını qazandı. Müəllim olacağını, şagirdlərə təhsil verəcəyini düşündükcə, qəlbini qürur hissi bürüyürdü. Ali təhsilini başa vuran Firuzəddini təyinatı üzrə Bərdə şəhər Orta Texniki Peşə məktəbinə göndərdilər. O, şərəfli ada – müəllim adına layiq görüldüyü üçün özünü xoşbəxt sanırdı.

Məhvərindən laxlayan İmperiya uçulub-dağılmaqda idi. Qorbaçov hakimiyyətinin ikili siyasəti ölkədə pərakəndəlik və xaos yaratdığı kimi, müstəqilliyə yenicə qədəm qoyan ölkələri də qarşı-qarşıya qoymuşdu. Yaranmış ağır vəziyyətdən istifadə edən düşmən Qarabağda torpaq iddiası ilə ayağa qalxdı. Bir qədər sonra Qarabağ hüdudlarını aşan bu məkrli iddia ətraf rayonları da öz ağuşuna aldı.

Laçın dəhlizi düşmənin əlinə keçmişdi. Ağır hərbi texnika və digər silah-sursatlar Qarabağa məhz bu yolla daşınırdı. Ona görə də, bölgədəki vəziyyət gündən-günə ağırlaşmaqda idi. Muzdlu dəstələrin köməyi ilə irəliləməyə can atan erməni yaraqlıları daha çox ərazini işğal etməyə çalışırdılar.

Hər kəs hücum əmrini gözləyirdi. Qısa zamanda Laçın dəhlizini bağlamaq üçün yetərincə qüvvə səfərbər olunmuşdu. Qayğı qəsəbəsini hədəfdə saxlayan quldurlar geri çəkilmək istəməsələr də, əsgərlərimizin müqaviməti qarşısında tab gətirmək mümkün deyildi. Sumqayıt şəhər polis şöbəsində çalışan Yadigar Cəfərov da qardaşı Firuzəddinlə birlikdə əsgərlərin önündə idi.

Tikanlı Zəmidən hücuma keçən əsgərlərimiz bir neçə quldur yuvasını darmadağın edərək, Topxana istiqamətində irəliləyə bildi. Hər daşına, qayasına, cığırına bələd olan əsgərlər, yaraqlıları tutduğu mövqedən geri oturtmaqla yanaşı, xeyli canlı qüvvəsini, silah dolu yük maşınını da məhv etdilər.

Ermənistanın Xınzirək kəndi tərəfdən Cicimli kəndinə doğru böyük bir ordu irəliləyirdi. Qoşunun qarşısına kiçik bir dəstə ilə çıxmaq uğur vəd etməsə də, əsgərlərin əhval-ruhiyyəsi yerində idi. Çünki strateji cəhətdən mövqelərimiz daha əlverişli idi. Düşmən isə düzənliklə irəliləyirdi. Firuzəddin yaraqlıları bir qədər seyr edəndən sonra durbini yoldaşına ötürdü: “Hazır olun, onların sayı bizdən artıq olsa da, bizim mövqelərimiz daha möhkəmdir, qarşıdakı təpəliyə çatmamış gülləbaran etmək lazımdır ki, mövqe seçə bilməsinlər” –deyə silahdaşlarına tapşırıqlarını verdi.

O gün düşmən xeyli itki verdi. Qubadlı istiqamətindən düşməni susdurmağa çalışan topçularımızın xidməti isə əvəzsiz oldu. Döyüş meydanında onlarla cəsədin qalaqlanması və quldurların geri oturdulması cəsur döyüşçülərimizin ən böyük uğuru idi. Axı düşmənin sayı-hesabı bilinmirdi.

Firuzəddin həm bölük komandiri, həm də kəşfiyyatçı idi. Ərazilərə yaxşı bələd olduğu üçün düşmənin hər addımını izləyə bilirdi. Qorxmazlığı ilə silahdaşlarına örnək olan Firuzəddin ona görə sevilirdi ki, döyüş zamanı əsgərlərdən öndə olurdu. Elə ermənilər də onun cəsarətinə yaxşı bələd idi. Ona görə də, addım-addım izləyirdilər onu.

14 oktyabr 1992-ci il... Firuzəddin silahdaşıyla birgə Qubadlıdan qayıdırdı. Silah dalınca getmişdi... Vaxt uzandıqca, narahatlıq da artırdı. Günəş öz köçünü çəkib aparmış, yer üzərinə zülmət çökmüşdü. Firuzəddindən hələ də bir xəbər yox idi. Komandirin gecikməyi bölüyü hərəkətə gətirdi. Təəssüf ki, gec idi...

Sən demə, silah dolu yük maşınını qarabaqara izləyən düşmən Füruzəddinin də orada olduğunu əvvəlcədən bilirmiş. Dar bir döngədə minaya tuş gələn maşın havaya sovrulduqdan sonra, quldurlar tərəfindən gülləbaran edilərək kiminsə sağ qalma ehtimalını heçə endirir. O gecə sürücü də qəhrəman soydaşımız Firuzəddinlə birlikdə şəhidlik zirvəsinə qucaq açır.

Cəfərovlar ailəsində Firuzəddin yadigrı iki oğul böyüyür – Səbahəddin və Elçin. Oğullar atalarının yarımçıq qalmış arzularını həyata keçirmək – daha doğrusu, torpaqlarımızın bütövlüyü üçün yaranmış məqamı zamanın ixtiyarına buraxmaq fikrində deyillər. Vətən nisgilini, qardaş həsrətini ağır bir yük kimi ruhunda gəzdirən polkovnik-leytenant Yadigar Cəfərov da ata yurduna dönəcəyi günün uzaqda olmadığına inanır. İnanır ki, bütün şəhidlərin, eləcə də qardaşı Firuzəddinin qisasını düşməndən alacaq.
İnşallah!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı