Qarabag Media
Haqqımızda Əlaqə

Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqlayıb - VİDEO


Tarix:23-05-2019, 00:02 Kateqoriya:Manşet / Cəmiyyət

Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqlayıb - VİDEO

Müslüm Maqomayevin yeganə qanuni qızı Marina Maqomayeva sükutu pozmaq, atası və onun nikahdankənar övladları haqqında bütün həqiqətləri demək qərarına gəlib

BAKI, 22 may — Sputnik. SSRİ xalq artisti, əfsanəvi bariton Müslüm Maqomayevin yeganə qanuni qızı Marina Maqomayeva sükutu pozmaq, atası və onun nikahdankənar övladları haqqında bütün həqiqətləri demək qərarına gəlib.

Karabakhmedia.az-ın məlumatına görə, o, bütün bunlar barədə Rusiyanın Birinci kanalının "Eksklüziv" proqramının efirində danışıb.

Marinanın dediyinə görə, onun valideynləri qarşılıqlı razılaşma yolu ilə ayrılıblar. Maqomayev məşhur sənətkar olub, ona daim qastrollara getmək lazım gəlib. Marinanın anası üçünsə ailə hər şeydən önəmli olub və buna görə də qadın ayrılmaq qərarına gəlib.

"Mən də olsaydım, məhz belə edərdim. Çünki bütün günü evdə uşağımla birlikdə oturub ərimin necə qastrol etdiyini gözləyə bilməzdim. Anam başa düşürdü ki, ailə atama yalnız mane olur. Tamara (SSRİ xalq artisti, opera müğənnisi, Müslüm Maqomayevin dul qalmış həyat yoldaşı Tamara Sinyavskaya-red. ) atamın həyatında 70-ci illərdə peyda olub. O zaman atam artıq çoxdan gənc deyildi. Onların ümumi maraqları var idi. Onlar əla cütlük idilər. Anam həmişə deyirdi ki, Tamaranın bənzərsiz səsi var. O, mənimlə və anamla əlaqə saxlayırdı" - deyə Marina Maqomayeva bildirib.

Tamara Sinyavskaya onu həmçinin gələcək həyat yoldaşı - musiqiçi Aleksandr Kozlovski ilə tanış edib. Marina gələcək əri ilə ilk dəfə Bakıda tanış olub, sonra isə Amerikaya onun konsertinə gedib. Kozlovski elə buradaca Marinaya evlənmək təklif edib. Maqomayevanın sözlərinə görə, bir çox insanlardan fərqli olaraq, onun Amerikaya getmək və orada yaşamaq arzusu olmayıb. Lakin ailəsinin xatirinə bu addımı atmalı olub. Hazırda Marina Sinyavskaya ilə əlaqələrini davam etdirir və hətta bir neçə dəfə onu özlərinə qonaq çağırıb.

Marina Maqomayeva atasının nikahdankənar uşaqlarının olduğuna inanmadığını deyib. Onun sözlərinə görə, Müslümlə Tamara arasında elə güclü məhəbbət olub ki, onların xoşbəxtliyinə heç kəs mane ola bilməzdi.

Xatırladaq ki, Rusiya KİV-ləri zaman-zaman Müslüm Maqomayevin ayrı-ayrı qadınlarla nikahdankənar əlaqələri və uşaqları barədə şoular təşkil edir. İndiyədək bir neçə adam ortaya çıxaraq Müslüm Maqomayevin övladı olduğunu iddia edib. Müslümü yaxından tanıyanlar onun qeyri-qanuni əlaqələri və uşaqlarının olduğuna inansalar da, ailəsi bu iddiaları əsla yaxına buraxmır.

Görkəmli azərbaycanlı opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Müslüm Maqomayev ilk uğurlu çıxışını 14 yaşında olarkən Bakı Dənizçilərin Mədəniyyət Evində 1962-ci ildə edib. 60-cı illərdə o, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub, dünya şöhrətli Milanın "La Skala" teatrında staj toplayıb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək yaradıcılıq nümunəsi var. Maqomayev 2008-ci ildə 66 yaşında Moskvada vəfat edib. O, Bakıda Fəxri Xiyabanda dəfn edilib./Sputnik Azərbaycan/

Karabakhmedia.az
_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB