Qarabag Media
Haqqımızda Əlaqə

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tarix:16-05-2019, 23:13 Kateqoriya:Manşet / Şəxsiyyətlər / Gündəm

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
[b]Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Azərbaycanın ilk hərbi naziri, ikinci kabinetdə əkinçilik və əmlak naziri, Qarabağın general-qubernatoru,  Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynov açmışdır.
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

[b]Karabakhmedia.az[/b] xəbər verir ki, mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin dəyərli araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb. 
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Nəsiman Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.

Yubileydə Milli Məclisin deputatı [b]Fazil Mustafa[/b], 2012-ci ildə Xosrov bəyin qardaşı, xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə nail olmuş Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı [b]Ramiz Cəbrayılov,[/b] tarixçi alimlər [b]Şikar Qasımov, Ələmdar Şahverdiyev, [/b]tədqiqatçı [b]Nazir Əhmədli,[/b] Xosrov bəyin qardaşı nəvəsi [b]Laçın Paşayev[/b], tədbirin təşkilatçılarından, araşdırmaçı [b]Dr. Orxan Cəbrayıl [/b]və digərləri çıxış edib.

Sonda tədbir təşkilatçılarından [b]Qəzənfər Hüseynov[/b] çıxış edərək təşkilat komitəsinin yaradılması və Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət hazırlanmasını təklif etmişdir.
Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində  keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə  müraciət ünvanlanmasını təklif edib.  Alim  qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə  Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.  

Qısa tanıtım:

Xosrov bəy Sultanov  -1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub. 

1919-cu ilin 15 yanvarında Xosrov vəy Qarabağın general qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıtmışdır.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.

Sultan LAÇIN
_________________________________________________________________________________________________________

SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"