Qarabag Media
Haqqımızda Əlaqə

Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?


Tarix:11-05-2019, 00:29 Kateqoriya:Manşet / Araşdırma

Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?

Müdavimlik dövrümdə hər zaman gənc generallarla bağlı mütaliyələr edər, özümdə onlar kimi gənc yaşımda general mundiri geyinmək xəyallarını qurardım, lakin bu xəyal olaraq da qaldı. Nəisə...

Gənc generallar içərisində ilk olaraq dahi Napaleon Bonopart, sonra isə Lui Lazar Qoş xüsusilə diqqətimi çəkirdi. Birinci Tulon şəhərinin azad olunması uğrunda göstərdiyi hərbi dühasına görə 24 yaşında briqada generalı rütbəsinə, ikinci isə Fransız qoşunlarının Belçikada apardığı savaşlarda şəxsi şücayətiylə seçilməsinə görə 25 yaşında general rütbəsinə layiq görülüb. Amma mütaliyələrim bu iki sərkərdələrlə bitmədi, araşdırdıqca XX əsrdə də gənc generalların adlarına rast gəldim. Bugün haqqında söhbət açacağımız sovet general-leytenantı Pavel Vasilyeviç Rıçaqovdu.

Pavel Rıçaqov 2 yanvar 1911-ci ildə Moskvanın Nijni Lixoborı kəndində dünyaya gəlib. Kənd uşaqlarından heç nəyi ilə fərqlənməyib. Orta təhsili başa vurmayaraq, 1928-ci ildə sovet ordusu sıralarına qoşulur.

1928-1930-cu illərdə Leninqrad hərbi-nəzəri təyyarəçilər məktəbində, 1930-1931-ci illərdə isə Borisoblesk hərbi təyyarəçilik məktəblərində təhsil alır. Təhsilini uğurla başa vurduqdan sonra Ukrayina SSR-nın Jitomir şəhərində yerləşən 109-cu aviasiya eskadrilyasının 36-cı qırıcı avia briqadasında xidmətə başlayır.

1933-cü ildə aviadəstə komandiri olur, 1936-cı ilin əvvəlində döyüş, siyasi, texniki hazırlıq və nəaliyyətlərinə görə baş leytenant P.Rıçaqov "Lenin” ordeninə layiq görülür.

İspaniyada baş verən vətəndaş müharibəsində (1936-1939) solçu qüvvələrə kömək üçün 1936-cı ilin oktyabrında o, ora ezam olunur. Sovet hərbi təyyarəçiləri eləcə də, P.Rıçaqovun rəhbərlik etdiyi avia qrup Madrid səmasını müdafiə edirdi. O, bu müharibədə şəxsi şücaət və qəhrəmanlığı ilə seçilir. 3 dəfə Madrid səmasında vurulmasına (7, 16, 19 noyabrda ) baxmayaraq, hər dəfə katapult edərək ölümün pəncəsindən qaça bilir. 16 noyabr 1936-cı ildə P.Rıçaqovda daxil olmaqla 13 sovet təyyarəçisi sayca üstün frankoçulara qarşı döyüşərək, 5 düşmən təyyarəsini məhv edirlər. Bu döyüşdə P.Rıçaqovun təyyarəsi vurulsa da katapult edərək təyyarəni tərk edir, lakin yaralanırda. Madrid sakinləri onu qucaqlarında hosbitala çatdırırlar. Növbəti gün solçu rəhbərlərdən biri onu ziyarət edir və göstərdiyi igidliyə görə ona mükafat olaraq bir poroxod dolu limon, portağal hədiyyə edir. P.Rıçaqov gülümsünərək bunların hamısını yeyə bilməyəciyini bildirərək, həmin hədiyəni SSRİ-yə evakuasiya edilmiş ispaniyalı uşaqlara hədiyə edərək onlara göndərilməsini xahiş edir. Təbii ki, onun bu xahişi yerinə yetirilir.

Növbəti gün o, xəstəxananı tərk edərək hərbi hissəsinə qayıtdı, səhərin gün isə madrid səmasına qalxaraq döyüşə atıldı və yenidən vuruldu.

Ümumilikdə 4 aylıq İspaniya ezamiyyətində o, 80-nə yaxın döyüş uçuşu həyata keçirmiş, komandanlıq etdiyi avia eskadriliyə 40-dan çox düşmən təyyarəsi məhv etmiş, onlardan 6-nı (digər mənbələrdə, döyüş yoldaşlarının xatirələrinə görə onun vurduğu təyyarələr 8, 15, 20-dən çox göstərilir) Rıçaqov şəxsən vurub yerə salmışdı. İspaniyada o, Pablo Pelenkar ləqəbi ilə tanınıb, eyni zamanda Pireney yarımadasındakı şücaət, qəhrəmanlığına görə ona 31.12.1936-cı ildə Sovet İttifaqı qəhrəmanı adı verilir. 1937-ci ilin fevralında SSRİ-yə qayıdan baş leytenant Rıçaqovun rütbəsi iki pillə yuxarı qaldırılır, yəni o kapitan rütbəsi almadan birbaşa mayor rütbəsinə layiq görülür və onu əlahiddə 65-ci qırıcı eskadrilyanın komandiri təyin edirlər. Elə həmin il o, İngiltərədə keçirilən Hindons avia paradında qonaq kimi iştirak edir. Tezliklə təyyarəçi qadın olan Mariya Nesterenko ilə ailə həyatı qurur. 1937-ci ilin dekabrında isə Rıçaqov SSRİ Ali Sovetinin I çağırış üzrə deputat seçilir. Lakin deputat kürsüsündə əyləşmək ona qismət olmur, beləki, onu Çinə ezamiyyətə göndərillər. Orada Rıçaqov sovet aviasiyasının baş müşaviri olur. Onların məqsədi yaponlara qarşı savaşan çinlilərə dəstək olmaq, həmçinin SSRİ-nin sərhədlərini samuraylardan qorumaq idi. Rıçaqov general rütbəsində olmamasına baxmayaraq, Çində ona "general Bataliy” ləqəbi verilir. Rıçaqova birbaşa uçmağı qadağan etsələr də hava qüvvələrinin əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək birbaşa ona həvalə edilir.

23.02.1938-ci ildə Rıçaqovun hazırladığı plan üzrə Tayvan adasındakı Yapon aerodromlarına hücum həyata keçirilir. Nəticədə 50-ə yaxın düşmən təyyarəsi, şəxsi heyyət, 3 aylıq yanacaq ehtiyyatı məhv edilir ki, düşmən 1 ay müddətində oradan hərbi əməliyyatlar üçün təyyarələrini səmaya qaldıra bilmir. Tezliklə bu xidmətinə görə Rıçaqov "Qırmızı ulduz” ordeni ilə təltif edilir, 14 apreldə isə briqada komandiri rütbəsinə (1917-1940-cı illərdə briqada, diviziya, korpus, ordu komandiri kimi rütbələr var idi) irəli çəkilir. Sonra o, əvvəlcə Moskva hərbi dairəsinin HHQ-in daha sonra isə Dalnevostok cəbhəsinin Primorski qrupunun HHQ-i üzrə komandan təyin edilir.

Bu təyinatlarla yanaşı Stalinin əmri ilə heç bir Ali Partiya məktəbində dinləyici və MK-də namizədlik üzrə praktika kursları keçmədən birbaşa ÜİK(b)-sı sıralarına qəbul edilir.

6 avqust 1938-ci ildə Rıçaqovun rəhbərlik etdiyi 70 qırıcı, 180 bombardmançı təyyarələrdən ibarət eskadrilyası Xasan gölü ətrafında samurayların mövqelərinə sarsıdıcı zərbələr endirirlər ki, bununlada ölkənin sərhədlərində təxribatçı əməliyyatlar həyata keçirən yaponları geri oturda bilirlər. Bu qələbə münasibətiylə o, ikinci dəfə "Qırmızı ulduz” ordeninə layiq görülür. Bir il sonra Rıçaqov diviziya komandiri rütbəsinə layiq görülür.

1939-cu ildə Rıçaqov HHQ-in 9-cu ordu komandanı təyin edilərək Finlandiya ilə müharibəyə cəlb olunur. Bu müharibədə də özünü yaxşı tərəfdən göstərərək seçilən gənç generala üçüncü dəfə "Qırmızı ulduz” ordeni ilə təltif edilir. 11 aprel 1940-cı ildə Rıçaqov korpus komandiri rütbəsinə, 4 iyunda general-leytenant rütbəsiylə təltif edilərək Fəhlə Kəndli Qırmızı Ordunun (RKKA) HHQ-i rəhbərinin I müavini, avqustda HHQ-in Baş İdarə rəisi, martda isə Xalq Müdafi Komissarının HHQ-i üzrə müavini (indiki dillə desək HHQ-i komandanı) təyin olunur. Bu cür irəli çəkilmələr zamanı onun cəmi 29 yaşı var idi və o karyerasının pik nöqtəsində idi.

Yüksək vəzifə tutduqdan sonra Rıçaqov МиГ-3, Як-1, ЛаГГ-3, Пе-2, Ил-2 kimi təyyarlərin örgənilməsi və sınaqdan keçirilməsi ilə məşğul idi. Lakin MK və XMK-ı lazımınca ona dəstək vermir və yeni təyyarələrinin sınaqlarını tez şəkildə yekunlaşdırmaq, qırmızı ordu sıralarında dərhal silahlanmasını təkid edirdilər. Nəticədə sınaqlar müddətində tez-tez qəzalar baş verirdi.

1941-ci ilin yazında MK-nin yığıncağında Stalin bütün hərbi elitanı dəvət edir. Sınaq müddətində təyyarələrin tez-tez qəzaya uğramasıyla bağlı Stalin hesabat tələb edən də. Rıçaqov açıq şəkildə bildirdi:

"Bizə sınaq təlimləri üçün 30 saatlıq uçuşa icazə verilərək, əmr edirlər ki, sınaqları tez bir zamanda uğurla yekunlaşdırın. Bu müddət yalnız təyyarəçinin şikəst, həlak olmasına xidmət edir. Təyyarəçilərə yeni təyyarələri tam şəkildə mənimsəmələri və uğurlu uçuşlar üçün bizə 120 saat lazımdır”

Bu cavabdan sonra Stalin deyir: "biz yanacağı havaya sovurmağı planlaşdırmırıq”. Lakin bu cür mövqeyə baxmayaraq gənc komandanın zəruri istəyi yerinə yetirilir.

Növbəti MK-in yığıncağında Stalin təyyarələrin tez-tez qəzaya uğramalarının səbəbini soruşduqda, yenə də cəsarətli, açıqsözlü Rıçaqov önə çıxaraq rəhbərə cavab verir: Bu geişlə qəzalar daha da çox olacaq, çünki bizi tabutlarda uçmağa vadar edirsiz!

Bu cür cavabdan sonra Stalin qısa və lokanik olaraq deyir: Siz gərək bu cür danışmayaydız!

Stalinin bu cavabı o demək idi ki, Rıçaqovun kitabı bağlandı. Əslində isə Stalinin Rıçaqovda xoşu gəlməməsinin əsas səbəbi onun açıqsözlü olması yox, marşal Tuxaçevskinin dövlət çevrilişi qrupunda yer alan və 1937-ci ildə güllələnən general İona Yakirlə dost olması idi.

11 aprel 1941-ci ildə Rıçaqov tutduğu yüksək vəzifələrdən azad olunaraq Baş Qərargahın Hərbi Hava Akademiyasında təhsil almağa ezam olunur. Stalinin bu dəyişikliyi Rıçaqovda heç bir şübhə oyatmır.

Böyük Vətən Müharibəsi başladığı an Rıçaqov həyat yoldaşı ilə Soçidə istirahətdə idi. Müharibənin başladığını yəgin etdikdən sonra dərhal Moskvaya qayıdır. 23 iyunda Rıçaqovdəmiryolu komendantı tərəfindən saxlanılır, bir gün sonra isə həyat yoldaşı Mariya həbs edilir. Mariyanın həbs edilmə səbəbi o idi ki, guya o, ərinin dövlət çevrilişiylə bağlı planlarını bilmiş və dövlət təhlükəsizlik orqanlarını məlumatlandırmamışdı.

Rıçaqov 29 yaşında general-leytenant rütbəsiylə təltif edilərək, HHQ-in komandanı, XMK-ın aviasiya üzrə müavini vəzifələrinə irəli çəkilir və saysız orden-medallarla, o cümlədən Sovet İttifaqı qəhrəmanı adına layiq görülür.

KQB zindanlarında onlara işgəncələr verilərək, dövlət çevrilişinə cəhd göstərmələri ilə bağlı etiraf etmələrini boyunlarına qoymaq istəyirlər, lakin onlar heç nə etiraf etmirlər. Alman ordusunun ölkənin içərilərinə doğru irəliləməsi əlaqədar KQB zindanındakı Rıçaqovla həyat yoldaşı daxil, əksər məhbusları Kuybışev (indiki Samara şəhəri) şəhərinə sürgün edərək istintaqı davam edirlər. Tezliklə Lavrenti Beriyanın məxfi direktivinə əsasən 28 oktyabr 1941-ci ildə məhkəmə keçirilmədən gənc general Pavel Rıçaqovu və həyat yoldaşı aviasiya mayoru Mariya Nesterenko ilə birgə Kuybışev şəhərinin Baybış kəndində güllələyirlər. Onların dəfn olunma yerləri müəmmalı olaraq qalır. Onlardan başqa həmin gün daha 20 yüksək rütbəli hərbi xadimlər, o cümlədən general-polkovniklər Aleksandr Laktionov, Qriqori Ştern( Sovet İttifaqı qəhrəmanı ); general-leytenantlar Yakov Smuşkeviç ( 2 dəfə Sovet İttifaqı qəhrəmanı), İvan Proskurov ( Sovet İttifaqı qəhrəmanı ), Fyodr Arjenuxin; general-mayor Pavel Volodin və digərləri güllələnir.

Stalin təyyarəçilər elitasını məhv etməsi II DM-si zamanı özünü göstərdi, beləki, 1943-cü ilə qədər səmada yalnız "Lüftvaffe” qüvvələri şəriksiz hökmranlıq edirdilər. Sərrast təyyarəçi asların statistikasına nəzər salsaq görərik ki, müharibə zamanı sovet təyyarəçiləri alman aslarının heç ayaqlarının tozlarına belə çata bilməmişdilər. Əgər ən sərrast sovet ası 64 düşmən təyyarəsini məhv etmiş İvan Kojedub hesab olunurdusa, lüftvaffeçilər içərisində 104 səma cəngavəri 100 və daha artıq, o cümlədən onlardan 15 nəfərdən çoxu 200-dən çox düşmən təyyarəsini məhv etmişdi ki, siyahıya 352 təyyarəni yerə salan Erix Hartman başçılıq edir. Hələ də alman pilotlarının rekordlarını heç kim qıra bilməyib. Qısası qırmızıların ən sərrast asının göstəricisi almanların ən zəif təyyarəçilərinin göstəricisinə bərabər idi. İvan Kojedub göstəricisinə görə hətta Finlandiya pilotu İlmari Yutilaynen (94 təyyarə vurub) və Yapon ası Xiroyösi Sinidzavaya (87 təyyarə vurub) da uduzaraq yalnız 4-cü yeri güclə tuta bilir.

Yuxarıdakı statistika birdaha göstərir ki, Stalinlə müqayisədə fürer Adolf Hitler zabitlərinin qədrini daha çox bilmiş, pilotların yetişdirilməsində və yeni model qırıcı, bombardımançı təyyarələrin istehsalında xüsusi xidmətləri danılmaz idi. Nəisə...

Pavel Rıçaqov sadə kənd uşağı idi, lakin təyyarələr onun həyatını dəyişdi. O, həyatını təyyarələrlə bağladı. Gənc yaşlarında şəxsi şücaət, qəhrəmanlıqlar göstərərək 25 yaşında Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü; 3 müharibə iştirakçısı olaraq ispanlar içərisində "Pablo Pelenkar”, çinlilər içərisində "general Bataliy”, yaponlar içərisində "ildırım saçan iblis” kimi ləqəblər qazanmış; sevdiyi qadını belə təyyarələr sayəsində tanış olaraq ailə qurmuş, 27 yaşından etibarən general rütbəsinə, 29 yaşında isə HHQ-in komandanı XMK-ın HHQ-i üzrə müavini kimi vəzifələrə irəli çəkilmiş, məhz sovet təyyarələrinin modelləşdirilməsi və təyyarəçilərin qorunması üçün diktatorlar diktatoru Stalinə açıq etirazını bildirmişdi. Bütün bu fəaliyyətlərinin mükafatı olaraqda sonda məhkəmə qərarı olmadan həyat yoldaşı ilə birgə güllələnib.

Abdulla İsmayıloğlu,
"Yeni Sözçü” qəzeti

______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"