Qarabag Media
Haqqımızda Əlaqə

Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO


Tarix:12-05-2019, 23:25 Kateqoriya:Manşet / Qəhrəmanlar

Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız -  VİDEO Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il Fevral ayının 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-ci ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuş, lakin ordu sıralarında hərbi xidmətə çağırılmışdır. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. Ölkəmizə erməni təcavüzkarlarının hücumu başlayanda, Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin 20 tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə- Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunmuşdur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə olmuşdur. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Ağcakənd nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əskər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdir. 1992-ci il aprel ayının 28-də ilk hücumun qarşısı məharətlə alıınmışdır. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçmişdi. Rövşənin taqımı düşmənin ilk zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etmişdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edilmişdi.

1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etmiş və Mingəçevir bölüyünü mühasirədən çıxartsalarda özləri mühasirəyə düşmüşlər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak olmuş, bir neçəsi yaralanmışdı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirmiş və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürmüşdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmri ilə döyüş dostları mühasirədən çıxmış, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilmiş, Bakı Dövlət Universitetində büstü qoyulmuşdur.

Rövşən Hüseynovun döyüş yoldaşlarının onun haqqında 1905.az saytına dediklərindən bəzi hissələri təqdim edirik:

Arif Babayev: "Bizim qərargah Hacıkənddə yerləşirdi. May ayının 11-i səhər həyəcan siqnalı verildi. Əvvəlcə, biz tələbələri saxladılar ki, buradan da hücum gözlənilə bilər. Üstündən 1-2 saat keçəndən sonra yenidən əmr verildi ki, tələbələr də döyüşə getməlidir. Biz gəlib çıxdıq Marquşevana. Gördük ki, bizim yerli könüllü özünümüdafiə dəstələri Marquşevana giriblər. Marquşevandan yanan evlərdən tüstü çıxırdı. Amma, gördük ki, ermənilər tanklarla onların üzərinə hücuma keçib. əksəriyyəti Əfqanıstan müharibəsində iştirak etmiş cəsur uşaqlar ibarət Mingəçevir özünümüdafiə dəstəsi mühasirəyə düşmüşdü.
Nəcməddin Sadıqovun soruşdu ki, onları kim müdafizə edə bilər. Rövşən dedi ki, bunu biz edə bilərik. ZİL avtomobili ilə biz Marquşevana gəldik. Marquşevanla Tərtərin arası 3 kilometrdir. Bizim texnikalar minaya düşmüşdü. O zaman hərbi məsələlərdən baş çıxarmaq o qədər primitiv səviyyədə idi ki. Baxırdılar ki, Tərtər Marquşevan arası asfaltda heç bir çat, qazıntı yoxdur. Yəni bu asfaltın altında mina ola bilməz. Amma, ermənilər yan tərəfdən lağım atıb mina basdırmışdılar. Bizim 2 texnika orada minaya düşüb partlamışdı. Amma, biz girdik Marquşevana. Rəhmətlik Rövşəni, Fərhadı orada vurdular. Fərhad Şuşanın Kosalar kəndindən idi. Fərhadın qəbri yoxdur, onun meyiti də ələ gəlmədi".

Baxış Məmmədov: "Ümumiyyətlə, o dövrdə vətənpərvərlik ruhu hamıya sirayət etmişdi. Bu ilk növbədə özünü könüllülərin təşkilatçılığında, Bakı Dövlət Universitetinin tələbələrinin taqıınınm yaradılmasında göstərirdi. Yəni bu şeylər kütləvi şəkildə idi. Mən xatırlayıram həmin vaxtlarda artıq məlumat verilmişdi ki, bizdə də belə bir taqım hazırlanır və o tağımın da rəhbəri Rövşən Hüseynov olacaq. Uşaqlarla əlaqələr var idi və bu söhbətlər tez yayılırdı. Və təbii ki, tərəddüd etmədən o taqıma yazıldıq. Salyan kazarmasında biz uzun müddət təlim keçdik. Orada da Rövşən Hüseynovla həm bir yoldaş kimi, həm də tələbkar komandir kimi çox yaxın təmaslarımız oldu. Liderlik, komandirlik keyfiyyətləri onda çox yüksək idi. Bizim ilkin döyüşümüz Goranboyda, Qolandağ yüksəkliyində, Murov dağının ətəyində olub. Orada güclü döyüşlərimiz getdi, ermənilər çoxlu itki verdi. Bizim də təbii ki, itkilərimiz və yaralananlarımız oldu. Mən də o döyüşdə yaralandım. Amma, rəhbər bir şəxs kimi, komandir kimi Rövşən Hüseynovu çox yüksək keyfiyyətlərə malik bir şəxs kimi xatırlayıram".

Məcid Nəcəfov: "Rövşən erməni hücumunda ölmədi. Rövşən siz dediyiniz döyüşdə “Qurtuluş” və Mingəçevir batalyonlarının mühasirəyə düşmüş 60 nəfərdən çox üzvünü xilas edərkən şəhidlik zirvəsinə ucaldı. Xilasetmə əməliyyatına Rövşənin başçılıq etdiyini görən ermənilər onu snayper ilə vurmuşdular. Biz o döyüşdə 6 şəhid verdik. Bir detalı vurğulamaq istəyirəm. Rövşən həmin gün səhərdən əsəbi idi. Həmin gün poçt binasından bacısı ilə telefon söhbətindən sonra Rövşən Şuşanın işğal edildiyini öyrəndi. Biz onun ağladığının şahidi olduq".

Karabakhmedia.az

_______________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”