Qarabag Media
Haqqımızda Əlaqə

“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib


Tarix:12-05-2019, 00:07 Kateqoriya:Manşet / İdman

“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub.

Karabakhmedia.az xəbər verir ki, XXVIII turun son oyununda gümüş mükafatçısı “Neftçi” çempionluğu erkən rəsmiləşdirən “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”da baş tutan matçda qonaqlar qalib gəlib – 3:2.

Oyunda hesabı 15-ci dəqiqədə “Qarabağ”ın forvardı Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın “Neftçi” 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə Emin Mahmudov, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib. İkinci hissədə yenidən Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edib. Oyunun 90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə qolunun müəllifi olub.

Beləliklə, “Qarabağ” mövsümü 66, “Neftçi” isə 58 xalla başa vurub.

Mədətov isə 16 qolla mövsümün bombardiri olub.

Qeyd edək ki, bir neçə dəqiqə sonra mükafatlandırma mərasimi başlayacaq. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.

Turun digər oyunlarında “Keşlə” “Səbail”i 4:1, “Zirə” “Sabah”ı 3:0, “Sumqayıt” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Karabakhmedia.az

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO