Qarabag Media
Haqqımızda Əlaqə

“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı


Tarix:8-05-2019, 23:17 Kateqoriya:Manşet / Cəmiyyət

“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi may ayının 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.

Birlikdən Karabakhmedia.az-a verilən məlumata görə, layihənin məqsədi işgəncə və zorakılıqlara məruz qaldıqdan sonra azad edilmiş, itkin düşmüş, həmçinin şahid ifadələrinə əsasən girov götürülmüş, hələ də qaytarılmayan uşaqların (təbii ki, onlar artıq uşaq deyillər) hüquqlarını müdafiə etmək üçün problemi gündəmdə saxlamaqla beynəlxalq təşkilatlara çatdırmaqdır.

Layihə çərçivəsində erməni quldurları tərəfindən uşaqlara qarşı həyata keçirilmiş zorakılıq və vəhşilikləri bəyan etmək, həmçinin hələ də qaytarılmayan uşaqların xatirəsini yad etmək məqsədi ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbir keçiriləcək.

Tədbirdə günahsız müharibə qurbanları olan - torpaqları və yaxınları ilə bərabər uşaqlıqlarını da itirmiş girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən uşaqlar iştirak edəcəklər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş hesab edilən 3888 nəfərin 71 nəfəri uşaq, şahid ifadələrinə əsasən əsir-girov götürülmüş 871 nəfərin 29 nəfəri uşaq, əsir və girovluqdan azad edilmiş 1477 nəfərin 224 nəfəri də uşaqlardır.

QHT tərəfindən hazırlanacaq girov və itkin uşaqlar haqqında materialları özündə əks etdirən buklet və materiallar müvafiq yerli təşkilatlara, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara təqdim ediləcək.

Karabakhmedia.az

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür
Türkiyədə zəlzələdə ölənlərin sayı 39-a çatdı
Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu - II YAZI
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
Əfqanıstanda içərisində 83 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Qorxulu virus Çinin sərhədlərini aşır
Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR
Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb
Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
Mahir Abbaszadə Yasamalda məskunlaşmış laçınlılarla görüşüb - FOTOLAR
Mehdi Mehdiyev Novxanı və Güzdək qəsəbələrində seçicilərlə görüş keçirib - FOTO
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır