Qarabag Media
Haqqımızda Əlaqə

"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ


Tarix:7-05-2019, 18:16 Kateqoriya:Manşet / Siyasət

"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ

"Gürcüstanın indiki hökuməti də anlamalıdır ki, qonşularından yalnız Azərbaycana və Türkiyəyə etibar edə bilər, yox əgər bunu anlamırsa, deməli biz onlara bunu müxtəlif vasitələrlə anlatmalıyıq".

Gürcüstan hakimiyyəti və şəxsən prezident Salome Zurabişvili Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirir. Bunu ya bilərəkdən edir, ya da sifariş yerinə yetirir. Zurabişvili Bakıda bu mövzunu prezident İlham Əliyevin diqqətinə çatdırdı. O bununla kifayətlənmədi, daha sonra sərhəddə gələrək “34 faiz“ söhbətini təkrarladı. Yəni rəsmi Bakı Zurabişvilinin mesajını aldı, bununla məsələyə nöqtə qoymaq olardı. Azərbaycanın da marağındadır ki, strateji tərəfdaşı ilə sərhəddin tamamını müəyyənləşdirsin. Məhz elə bu məqsədlə prezident sərəncam verərək peşəkar diplomat Xələf Xələfovu yenidən köhnə vəzifəsinə qaytardı. Əslində bu təyinatın özü Bakının Tiflisə mesajıydı ki, sərhəddin müəyyənləşdirilməsiylə bağlı danışıqları intensivləşdirəcəyik.

Buna baxmayaraq, Gürcüstan hakimiyyəti və cəmiyyəti Azərbaycanla sərhəd mövzusunu gündəmin başlıca mövzusuna çevirib. Zurabişviliyə bütün rəsmilər və siyasi spektrin digər təmsilçiləri də qoşularaq Azərbaycana qarşı hədələyici açıqlamalar verirlər. Bu açıqlamaların ardı-arası kəsilmir, sanki Gürcüstanın bundan başqa problemi yoxdur. Zurabişvili artan gərginliyi yumşaltmaq əvəzinə cəmiyyətin müxtəlif təbəqələrinin sərhəddə təxribatlarına şərait yaradıb.

Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyiblər, heç zaman azərbaycanlılar üçün muxtariyyət tələb etməyiblər. Halbuki, soydaşlarımız tarixi Azərbaycan torpaqlarında yaşayırlar. Ancaq azərbaycanlılar gürcülərə heç zaman arxadan zərbu vurmayıblar, bu haqda düşünməyiblər, abxazlar, osetinlər və ermənilərdən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünə qarşı xain planlar qurmayıblar. Üstəgəl Azərbaycan Gürcüstanı özünə dost bilib qonşu ölkəni bütün enerji layihələrinə cəlb edib, ucuz qaz satırıq, qazlaşdırmanı həyata keçirmişik, investisiyalar yatırmışıq. Yəqin rəsmi Tbilisi düşünür ki, bu elə belə də olmalıdır, onsuz da Azərbaycan enerji layihələrinin dünya bazarlarına çatdırılmasında Gürcüstandan asılıdır və onlar bizə qarşı hansı tələbi irəli sürsələr biz yerinə yetirmək məcburiyyətindəyik. Bunun belə olmadığını Gürcüstan hakimiyyətinə anlatmaq lazımdır.

Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bütün bəyanatları müdafiə mövqeyinə söykənir. Halbuki, Gürcüstandan bizə yönələn olan təxribatlara gərəkli cavab verilməlidir, onlara diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir, torpaq güzəşti olmayacaq. Biz susduqca orada bəziləri azğınlaşır. Qeyri-diplomatik dildə isə onlara deyilməlidir ki, elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək. Əgər onlar məbədin az hissəsinə iddia edirlərsə, biz də tarixi torpaqlarımıza iddiamızı ortaya qoya bilərik.

Gürcüstan yeni müstəqilliyini qazandıqda ilk prezidentləri Zviad Qamsaxurdiya millətçi şüarlarla çıxış edirdi, azərbaycanlıların sıxışdırılması prosesinə start verilmişdi. Ancaq Gürcüstanda hərbi çevriliş olanda Qamsaxurdiyanın ilk qaçdığı yer Gəncə oldu, bizə sığındı. Gürcüstanın indiki hökuməti də anlamalıdır ki, qonşularından yalnız Azərbaycana və Türkiyəyə etibar edə bilər, yox əgər bunu anlamırsa, deməli biz onlara bunu müxtəlif vasitələrlə anlatmalıyıq. Biz zamanında ermənilərə çox torpaq payı verdik, iştahları artdı, doymadılar, silahlandılar və minlərlə günahsız insanımızın qətli hesabına başqa torpaqlarımızı da işğal etdilər. Bu bizə yaxşı dərs olmalı idi. Ona görə də Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək. Bunu gürcülərə qəti şəkildə anlatmaq lazımdır.

"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ

“Atlas“ Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Elxan Şahinoğlu

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir