Qarabag Media
Haqqımızda Əlaqə

İsfəndiyar Vahabzadə: "Mənim öz fikrim var, bir sifətim var"


Tarix:7-05-2019, 17:13 Kateqoriya:Manşet / Müsahibə

İsfəndiyar Vahabzadə: "Mənim öz fikrim var, bir sifətim var"

İsfəndiyar Vahabzadə: “Bu dəfə məhkəməyə vermirəm, amma bir də başımın üstündən adlayıb belə bir iş görsələr...”
İnternet mediasında Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadənin müxalifətə keçdiyi barədə xəbər yayılıb. Qarabağ Komitəsinin üzvlərindən birinə istinadən bildirilib ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin 8 mayda keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq. O da qeyd olunub ki, diplomat Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq.


İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a müsahibəsində bu barədə iddiaları təkzib etdi:

- Mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur. Hər iki tərəfim azərbaycanlıdır. Mən azərbaycançıyam. Əgər məni bir yerə qonaq çağırırlarsa, mən harasa gedirəmsə, oraya qeydiyyata düşmürəm ki. Mənim bir sifətim var, heç zaman da dəyişmirəm. Müxalifətin pis cəhəti olanda deyirəm ki, siz səhv yoldasınız, iqtidarda yaxşı cəhət varsa, deyirəm siz yaxşı iş görürsünüz. Mən heç vaxt da heç tərəfə əyilmirəm, meyllənmirəm. Mənim öz fikrim var, bir sifətim var. Bəxtiyar Vahabzadə nə iqtidarçı idi, nə də müxalifətçi. Mən özümü onunla müqayisə eləmirəm, onun oğluyam. Mən də bir alim kimi, pis-yaxşı yazıçı kimi, öz fikirlərimi mətbuata verə bilərəm. Amma məsələ bundan ibarətdir ki, mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur.

- Bəs, elə isə bu xəbərin yayılmasına səbəb nə olub? Əvvəlcədən sizin Qarabağ Komitəsi ilə əlaqələriniz var idimi?

- Məni yüz yerə çağırırlar. Mən də yüzündən birinə gedirəm, yaxud getmirəm, etiraz edirəm, ya vaxtım olmur. Sadəcə heç kimin xətrinə dəymək istəmirəm. Mənə bu təşkilatdan zəng etmişdilər, adı da yadımdan çıxıb. Dedi xahiş edirik, sabah gəlin Nərimanov metrostansiyası tərəfdə tədbirimiz var. Ancaq sonra zəng edib dedim ki, vallah, sabah gələ bilməyəcəyəm, özümün başqa işlərim ortalığa çıxıb, yazı-pozu işləri ilə məşğulam. Bundan sonra baxdım ki, saytlar belə bir şey yazıb. Bir də belə şey olacağı təqdirdə mən məcburam ki, bunları məhkəməyə verim. Bu dəfə məhkəməyə vermirəm. Amma bir də başımın üstündən adlayıb belə bir iş görsələr, məcbur olacağam ki, onları məhkəməyə verim.

- Deməli, siz Qarabağ Komitəsinin tədbirində iştirak etməyəcəksiniz, eləmi?

-Qətiyyən, yox!

- Sizə dedilərmi nə məqsədlə dəvət olunursunuz?

- Sizi inandırıram, iki balamın canı üçün, atamın goruna and içirəm, heç xəbərim yoxdur. Sadəcə dəvət almışam. Yüz yerə dəvət alırlar. Əgər sabah mən sizi evimə dəvət etsəm, bu, o demək deyil ki, siz gəlib mənim evimə qeydiyyata düşəcəksiniz.

Sizə vaxtilə dediyim kimi, mənim telefon nömrəmi 11-12 nəfər bilir. Bunlar mənim nömrəmi hardan götürmüşdülər, bilmirəm. Hətta tanış nömrə olmayanda telefonu açmıram. Ancaq bu dəfə telefonu götürdüm, soruşdum kimdir? Dedilər sizi dəvət edirik. Dedim gələ bilməyəcəyəm, inciməyin, özümü yaxşı hiss eləmirəm. Elə belə də qurtardı.

- İsfəndiyar bəy, yeri gəlmişkən, ötən müddətdə sizə diplomatik sahədə iş təklifi gəlibmi?

- Vallah heç bilmirəm. Mən uzun müddət idi ki, burada deyildim. 6 ay qızımın yanında, Almaniyada oldum. Sonra gəldim, Türkiyəyə getdim, bir aya qədər də orda oldum. Xahiş edirəm, bunu qeyd edin, mənim bir sifətim var, atam kimi. Mən atamın oğluyam. Nə müxalifətəm, nə iqtidar. Bu yayılanlar hamısı mənasız söhbətlərdir.

Elşad PAŞASOY

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB