Qarabag Media
Haqqımızda Əlaqə

Komitə sədri: “Qaradağ və Pirallahıda məcburi köçkünlər üçün yaşayış kompleksləri tikilir”


Tarix:6-05-2019, 14:43 Kateqoriya:Manşet / Gündəm

Komitə sədri: “Qaradağ və Pirallahıda məcburi köçkünlər üçün yaşayış kompleksləri tikilir”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum”, “Gilavar” sanatoriyası, “Qağayı” və “Gənc geoloqlar” düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Komitədən bildirilib ki, R. Rzayev müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların sosial problemlərinin həlli üçün məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ayrı-ayrı bölgələrində məcburi köçkünlər üçün müasir tipli yeni qəsəbələr salınır. Hər il minlərlə məcburi köçkün həmin qəsəbələrdəki tam təmirli mənzilərə, evlərə köçürülür.

Birinci vitse-prezident Mehriban Əliyeva sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğı göstərir.

Görüş iştirakçılarına izah edilib ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan və uzun illərdir, ağır şəraitdə yaşayan məcburi köçkünlər paytaxtda inşa edilən yaşayış komplekslərində yeni mənzillərə mərhələli şəkildə köçürülürlər. Hazırda Qaradağ və Pirallahı rayonları ərazilərində belə komplekslərin inşası davam etdirilir. Bu il Ramana qəsəbəsində yeni kompleksin inşasına başlanması nəzərdə tutulub.

Karabakhmedia.az

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar