Qarabag Media
Haqqımızda Əlaqə

Erməni əsirliyində olmuş Dürdanə Ağayevanın “Jewish Journal" nəşrində məqaləsi çıxıb


Tarix:4-05-2019, 12:45 Kateqoriya:Manşet / Cəmiyyət

Amerikada çıxan “Jewish Journal” nəşrində erməni əsirliyində olmuş azərbaycanlı qadın, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü Dürdanə Ağayevanın məqaləsi dərc olunub.

Erməni əsirliyində olmuş Dürdanə Ağayevanın “Jewish Journal" nəşrində məqaləsi çıxıbONA-nın nəşrə istinadən verdiyi xəbərə görə, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bitişik rayonları işğal etməsi və BMT TŞ-nın qətnamələrinə məhəl qoymadan işğal siyasətini davam etdirməsindən, erməni qəsbkarların dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizmdən bəhs edir.

“1990-cı ildən başlayan işğal siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və bitişik rayonları Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib və BMT TŞ-nin qanunsuz hərbi işğalı pisləyən qətnamələrinə baxmayaraq qoşunlarını geri çəkməyib. Mən və ailəm də daxil olmaqla 800 mindən çox insan öz yurd-yuvalarından didərgin düşüb. Ermənilərin el-obamızı işğal edərək törətdiyi qırğınlardan qaçıb canımızı qurtarmaq istəyərkən mən və qardaşım əsir düşdük. Çarəsiz halda erməni işgəncə düşərgələrində qəddarlıq və təhqirə məruz qaldıq”, - deyə məqalədə qeyd edilib.

Məqalədə həmçinin erməni işğalında olan torpaqlarımızın mədəni irsinin məhv edilməsi məsələsinə də toxunulub: “Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunur. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm nəticəsində 1891 ədəd maddi və mədəni sərvətimiz, o cümlədən 738 tarixi abidə, 83500 eksponatı olan 28 muzey, 4 şəkil qalereyası, 14 abidə kompleksi məhv edilib.”

Məqalədə dünya ictimaiyyətinin davam etməkdə olan erməni vəhşiliklərinə göz yummamalı olduğu qeyd olunub: “Mədəniyyət dünyaya məxsusdur, itirilən bütün mədəniyyət hamımızın itkisidir”.

Karabakhmedia.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!
Nəsiminin 40 qəzəli farscadan tərcümə olunub
Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq uzaq olsaq da, vətənləyik" - FOTOLAR
Nikolun Qarabağ təklifinin mənası budur – Markaryan
Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA
Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ